Icma.az
close
up
RU
Sabit tarif nə deməkdir? KONKRET

Sabit tarif nə deməkdir? KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pərviz Heydərov yazır…

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” Qanuna dəyişikliklə bağlı aparılan müzakirələr zamanı ölkədə “sabit” adlı yeni tarif elementinin tətbiqinin zəruriliyi barədə fikrin ortaya atılması əksəriyyəti çaşdırıb.

Düzdür, bu fikri ortaya atanlar müəyyən əsaslandırmalar ilə çıxış ediblər. Qeyd edilib ki, bu, əlavə ödəniş yükü yaratmayacaq. “Bu, dünya təcrübəsində geniş tətbiq olunan yanaşmadır. Sabit tarif elementinin tətbiqində əsas məqsəd əlavə tarif elementi yaratmaqla maliyyə yükünü artırmaq deyil. Bu, özü-özlüyündə metodoloji yanaşmalara zidd olar”, – deyə açıqlama verilib.

Lakin əslində isə məsələ necədir, qeyd edim. İş bundadır ki, hər hansı bir təklif irəli sürərkən, yaxud da addım atarkən əvvəl əsaslandırma vermək və izahatla çıxış etmək çox asandır. Çünki bu, məsələnin birinci tərəfidir. İkinci, yəni ən əsas tərəfi isə, həmin təklifin məhz necə reallaşdırılacağı, yaxud da addımın hansı formada və tərzdə atılmasıdır. Mövcud şərait necədir, hələ o barədə söhbət açmıram.

Sual olunur ki, sabit tarif nədir və nə deməkdir? Bu növ tarif indiyədək niyə yox idi? Onun tədbiqi bizə nə verəcək?

Sabit tarif, əgər belə demək mümkündürsə, xidmətə çıxış ödənişi və yaxud haqqı deməkdir. Yəni istehlakçının faktiki istehlak etdiyi deyil, bir növ, bir neçə məkanda istehlak edə biləcəyi imkana sahib olduğu üçün müvafiq ödəniş elementidir. Başqa sözlə desəm, infrastruktura görə ödənilən və yaxud ödənilməli olan məbləğdir.

Sözügedən tarif növünün ən sadə izahı bundan ibarətdir.

Bəli, xarici praktikada belə bir tarif elementi mövcuddur. Lakin sual edirəm, həmin ölkələrdə ümumiyyətlə, kommunal və enerji daşıyıcıları üzrə xidmət səviyyəsi və keyfiyyəti də bizdə olduğu kimidirmi? Və ən əsası da o ölkələrdə, bu sahədə infrastruktur bizdəki qədər dövlət nəzarətində sayılırmı? Xeyr.

Fikrimi daha geniş izah etmək üçün bir qədər geri qayıdıram: Tarif Şurası ölkədə elektrik enerjisi, təbii qaz və əhaliyə göstərilən istilik xidməti üzrə qiymətləri bu ilin yanvarın 2-də dəyişdirdikdən sonra suya dair də fərqli qiymət siyasətinin yürüdüləcəyi haqda fikirlər səsləndi. Və həmişəki kimi qeyd olundu ki, ölkədə su üzrə tariflər xərcləri qarşılamır.

“1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir”, – deyə bildirildi. “Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir və odur ki tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər”, – deyə əlavə fikirlər söyləndi.

Qeyd etmək istədiyim odur ki, kommunal xidmətlər üzrə bütün cavabdeh qurumlar tarifləri qaldırmaq təklifi ilə çıxış edəndə, həmişə bax, məhz bu bəhanəni ortaya gətirirlər.

Yəni müvafiq xidmət üzrə xərclərimiz yüksəkdir, qiymət isə aşağı.

Bu, düzgün əsaslandırmadırmı? Xeyr… Sual olunur, niyə?

Bəli, bu cür izahatlar müəyyən mənada əsaslıdır, lakin tam olaraq deyil. Əsaslıdır, ona görə ki, kommunal xidmətlər üzrə istehsal-təchizat-istehlakçı zəncirində istər hər bir halqa, istərsə də bütövlükdə zəncir üzrə işlər düzgün qurulmayıb.

Xərclərə dair söylənilən rəqəmlərin özünün də necə, hansı formada və nəyə əsasən hesablandığı məlum deyil. Ona görə də bu cür açıqlamalara dair açıq irad tutmaq və əks-arqument gətirmək çətin hesab edilir. Çünki problemin kökü əslində təminat və təchizat ilə bağlı strukturlar üzrə işin və xidmətin düzgün təşkil olunmamasında durur.

Su sahəsində də vəziyyət belədir, elektrik enerjisi, təbii qaz, ictimai nəqliyyat və sair sahələrdə də…

Yəni idarəetmə düzgün təşkil olunmadığından bir çox fəaliyyət səmərəli həyata keçirilmir – ciddi struktur böhranı hökm sürür. Başqa sözlə desəm, ardıcıllıq yoxdur, funksionallıq düzgün qurulmayıb. Ona görə də xərclər şişir və əldə olunan qazanc da çıxarı ödəmir.

Belə olub, yük də dövlətin üzərinə düşür.

Ancaq yuxarıda adıçəkilən bütün sahələr üzrə yığım, əhali tərəfindən ödənişlərin yerinə yetirilməsi həcmi və proseduru isə artıq, neçə illərdir qənaətbəxş və yüksək səviyyədə təşkil edir.

Yəni heç bir qurum giley edə bilməz ki, faktiki göstərdiyi xidmətə görə istehlakçılardan pulunu ala və yığımı təmin edə bilmir. Bu, əvvəlki dövrlərə – 1990-2000-ci illərin əvvəllərinə aid idi.

İndi hər şey elektronlaşdırılıb, rəqəmsallaşdırılıb, avtomatlaşdırılıb, smart-kart sistemi tətbiq edilib. Bundan başqa, digər texnoloji vasitələr mövcuddur ki, istehlakçı ödənişi yerinə yetirmədikdə, xidmət avtomatik olaraq dayandırılır və sair.

15-20 il bundan əvvəlsə ən böyük bəhanə bundan ibarət idi ki, istehlakçılar ödənişi lazımi səviyyədə yerinə yetirmədiklərinə görə yığımı təmin etmək mümkün olmur və odur ki infrastruktur xərcləri ödənilmir. İndi isə bu arqument daha işə keçmədiyindən əsas bəhanə xərclərin çox, tariflərin isə aşağı olması göstərilir.

Ona görə də eyni mövzuda şərhlərimdə həmişə qeyd etmişəm ki, Tarif Şurası tərəfindən hər dəfə qiymət artımı siyasəti ilə kommunal xidmətlər üzrə keyfiyyəti yaxşılaşdırmaq mümkün deyil. Başqa sözlə, qəpiklərlə artım sayəsində bu sahədə irəliləyiş əldə etmək olmaz. Hələ nəzərə almaq lazımdır ki, bu addım, ən tezi 4-5 ildən bir atılır.

Bundan tez tarif dəyişikliyi edilmir.

Problem nədədir?!

Problem ondadır ki, qeyd olunan sektora investisiya lazımdır. Bundan ötrü isə kommunal xidmət göstərən sahələrdə islahatlar aparılmalı və idarəetmə təkmilləşdirilməli – xərclər dəqiqləşdirilməli və azaldılmalıdır.

Bunun üçün də bəzi infrastruktur sahələr özəlləşdirməli, hərrac yolu ilə yerli və xarici sahibkarlara satılmalıdır. Başqa sözlə desəm, dövlət və hökumət qeyd olunan sahələri idarə etməkdən əl çəkməlidir. Yaxasını qurtarmalıdır.

Bu xüsusda sual edirəm ki, hər şey dövlətin əlində olduğu halda məsələn, qaz və işıq təchizatı sahəsində sabit tarif siyasətinin tətbiqi nə dərəcədə effekt verə bilər?! Bundan əlavə, sözügedən tarif növü hansı mexanizm əsasında tətbiq olunacaq?! Yəni məsələn, eyni istehlakçının kommunal və ümumiyyətlə enerjidaşıyıcılarından istifadə xidmətinə çıxış imkanlarının əhatə dairəsi dəqiq olaraq necə müəyyən ediləcək?!

Və ən nəhayət, sabit tarifin tətbiqi ölkəmizdə real şəraitdə dövlətin öz yükünün bir hissəsini vətəndaşların üzərinə transfer etməsi mənasına gəlməyəcəkmi?!

Yuxarıda nəzərə çatdırdım ki, verilən izaha əsasən bu, əlavə ödəniş yükü yaratmayacaq. Dövlət inhisarı şəraitində bu mümkündürmü?! Sözün qısası, görünən budur ki, biz islahatı təəssüf ki, hələ də qiymət siyasətində görürük…

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 İyun 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Deputat adını daşıyan şəxslər, uşaqlarla bağlı adi elementar qaydaları bilmirlərsə, onların parlamentdə oturmaq haqqı olmamalıdır

22 May 2026 16:00see275

Bu kimi tədbirlər Azərbaycanın sabit ölkə imicini artırır

23 May 2026 17:44see243

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see208

Bir kitabda əbədiləşən iki şəxsiyyət

23 May 2026 00:27see187

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see181

Bir həkim olaraq xərçəngdən qorunmaq üçün ancaq bunları yeyirəm

23 May 2026 04:01see176

Bakı Apellyasiya Məhkəməsinə 7 hakim təyin olunur ADLAR

22 May 2026 12:21see170

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

23 May 2026 02:24see169

İran tərəfi zənginləşdirilmiş uranın müzakirəsini hazırkı mərhələdə mənasız sayır

23 May 2026 00:18see168

Rusiya Ermənistandan seçim tələb etdi: Aİ, yoxsa Aİİ?

23 May 2026 04:39see164

Saqqıza ucuz və sadə alternativ Köpü və qoxunu yox edir

23 May 2026 07:00see162

Polşa İsrail Milli Təhlükəsizlik Nazirinin beş illik girişini qadağan etdi

22 May 2026 08:02see160

Trampdan Lukaşenkoya BƏD XƏBƏR

23 May 2026 03:08see159

“Casus” demişdilər Baş nazir oldu

23 May 2026 02:40see159

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

23 May 2026 13:14see152

BMT rəhbərinin müavini Asan Xidmətdə olub

23 May 2026 04:07see151

Daşkəsəndə 20 dəqiqə DOLU YAĞDI VİDEO

23 May 2026 19:20see148

Anaklaudia Rossbach Azərbaycana WUF13 ün yüksək səviyyədə təşkilinə görə təşəkkür edib

22 May 2026 13:50see147

Adrian Griffiths: Azərbaycan davamlı və hərtərəfli şəhər bərpasında nümunə göstərir

23 May 2026 06:08see146

Piri mürşüdün ölümündən öncəki son sözləri

23 May 2026 23:07see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri