Icma.az
close
up
RU
XALQIN YADDAŞINDA YAŞAYAN ŞƏXSİYYƏT

XALQIN YADDAŞINDA YAŞAYAN ŞƏXSİYYƏT

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın tanınmış dövlət və ictimai xadimi, ədəbiyyatşünas, publisist, xalqımızın görkəmli ziyalılarından biri, 20 noyabr 1991-ci ildə Qarakənd faciəsi zamanı erməni terrorçularının vurduğu vertolyotun qəzaya uğraması nəticəsində şəhid olmuş Vəli Məmmədovun anadan olmasının 95 illik yubileyi münasibətilə anım mərasimi keçirilib.

22 noyabr 2026-cı il tarixində Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhərində yerləşən RAMADA BY WYNDHAM BAKU hotelində keçirilən xatirə gecəsində millət vəkilləri, ziyalılar, elm adamları, dövlət və ictimaiyyət nümayəndələri, yazıçılar, şairlər, Vəli Məmmədovun ailə üzvləri və digər qonaqlar iştirak ediblər.

Yubiley tədbiri çərçivəsində əvvəlcə Fəxri xiyabanda Vəli Məmmədovun məzarı ziyarət olunub, məzarı önünə əklil və gül dəstələri qoyulub, onun əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra xatirə gecəsi öz işinə başlayıb. Tədbir iştirakçılarına Vəli Məmmədovun həyat və fəaliyyətini əks etdirən foto-stend və kitab sərgisi təqdim olunub. Xatirə gecəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ardınca şəhid Vəli Məmmədovun və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir zamanı Vəli Məmmədovun zəngin həyat yolunu, ədəbiyyatşünaslıq fəaliyyətini, dövlətçilik sahəsində xidmətlərini və 20 noyabr 1991-ci ildə baş vermiş Qarakənd faciəsinin dəhşətlərini əks etdirən qısametrajlı sənədli film nümayiş etdirilib. Film iştirakçılara görkəmli ziyalının həyat və fəaliyyətini bir daha xatırladıb, onun xalqımız və dövlətimiz qarşısındakı xidmətlərinin əhəmiyyətini diqqətə çatdırıb.
Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Mərdan Seyidbəyli çıxış edərək Vəli Məmmədovun Azərbaycan dövlətçiliyinə, milli ədəbiyyatımıza və ictimai fikrimizə verdiyi töhfələrin daim ehtiramla xatırlanmasının vacibliyini vurğulayıb.

O bildirib ki, belə tədbirlər görkəmli şəxsiyyətlərin irsinin yaşadılması, onların həyat yolunun gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır: “Vəli Məmmədov Azərbaycan xalqının yaddaşında yalnız görkəmli ədəbiyyatşünas, publisist və dövlət xadimi kimi deyil, həm də milli maraqlara, dövlətçilik ideyalarına və Vətənə sədaqətlə xidmət etmiş əsl ziyalı kimi yaşayır. Onun zəngin elmi-publisistik irsi, ictimai-siyasi fəaliyyəti və yüksək vətəndaşlıq mövqeyi Azərbaycan tarixində özünəməxsus yer tutur. Qarakənd səmasında baş vermiş faciə Azərbaycan xalqının yaddaşında heç vaxt silinməyəcək ağır bir tarixdir. Həmin terror aktı nəticəsində Vəli Məmmədov kimi görkəmli şəxsiyyətlərin həyatını itirməsi xalqımızın mənəvi və intellektual potensialına vurulan böyük zərbə idi. Lakin zaman göstərir ki, belə şəxsiyyətləri fiziki olaraq həyatdan köçürmək mümkün olsa da, onların ideyalarını, xidmətlərini və xalqın qəlbində qazandıqları ehtiramı yox etmək mümkün deyil”.

Millət vəkilləri Fəzail İbrahimli və Elman Nəsirov, jurnalist İdris Heydərov, şair-publisist Səlim Babullaoğlu, Vəli Məmmədovun bacısı Rita Məmmədova, keçmiş iş yoldaşları çıxışlarında Vəli Məmmədovun ədəbiyyatşünaslıq sahəsindəki xidmətləri, zəngin elmi-publisistik irsi, dövlətçilik mövqeyi, yüksək mənəvi keyfiyyətləri barədə danışıblar. Onun həm görkəmli ziyalı, həm də xalqına və dövlətinə bağlı vətəndaş kimi yaddaşlarda yaşadığı vurğulanıb.

Şəhidin ailə üzvləri adından edilən çıxışda Vəli Məmmədovun əziz xatirəsinə göstərilən diqqət və ehtirama görə Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin rəhbərliyinə, tədbirin təşkilində əməyi olan hər kəsə və mərasim iştirakçılarına minnətdarlıq ifadə olunub.
Xatirə gecəsinin sonunda Vəli Məmmədovun və bütün şəhidlərimizin ruhuna dualar oxunub, iştirakçılar ehsan süfrəsinə dəvət ediliblər.
Vəli Məmmədovun 95 illik yubileyinə həsr olunmuş bu xatirə gecəsi bir daha göstərdi ki, xalqına, dövlətinə və milli-mənəvi dəyərlərinə xidmət etmiş şəxsiyyətlər heç vaxt unudulmur. Onların ömür yolu, zəngin irsi və Vətən qarşısındakı xidmətləri zaman keçdikcə daha böyük ehtiramla xatırlanır. Vəli Məmmədovun əziz xatirəsi də xalqımızın yaddaşında daim yaşayacaq.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://adalet.az
archiveBu xəbər 22 Noyabr 2026 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri