Icma.az
close
up
RU
Статья не опубликована
İskəndər Həmidov o görüşdə Sülhəddin Əkbərin və Namiq Abbasovun nazir təyin edilməsinə qarşı çıxdı Arif Hacılıdan sensasion açıqlama

İskəndər Həmidov o görüşdə Sülhəddin Əkbərin və Namiq Abbasovun nazir təyin edilməsinə qarşı çıxdı Arif Hacılıdan sensasion açıqlama

Icma.az, Aznews.az portalına istinadən məlumat verir.

"Sülhəddin Əkbərin susması bəzi həqiqətlərin deyilməsinə mane olurdu. İndi də özümüz üçün müəyyən etdiyimiz müəyyən tabular var. Amma, son günlərdə dediklərinin bir qismi barədə bildiyim həqiqətləri açıqlamağım vacib oldu"- deyə sözə başlayan Müsavat Partiyasının sabiq başqanı Arif Hacılı Əbülfəz Elçibəy hakimiyyəti dövründə Milli Təhlükəsizlik Nazirinin I müavini olmuş Sülhəddin Əkbərin ünvana kəskin tənqidlər səsləndirib.

AzNews.az xəbər verir ki, Arif Hacılının yazdığına görə, Sülhəddin Əkbərin MTN nazirinin 1- ci müavinliyinə namizədliyinin irəli sürülməsindən xəbərsiz olması, hazır olmadığı halda bu vəzifəyə təyin olunması barədə dedikləri həqiqətə uyğun deyil:

"1991-ci ildən Bakıda evi olmayan Milli Məslis üzvlərinə Moskva otelində otaqlar ayrılmışdı. Yaşayış yerimiz bu mehmanxana idi. Orada daim siyasi müzakirələrimiz, ölkənin gələcəyi barədə söhbətləriniz olurdu. Sülhəddin Əkbər MTN işinə çox maraq göstərirdi. Hətta Naxçıvanda Milli Məclis sədri olan H. Əliyevin qəbulunda olub ondan Naxçıvan MTN naziri təyin olunmasını xahiş etmiş, H.Əliyev buna razı olmamışdı. O dövrdə normal münasibətlərimiz vardı. Ən böyük arzusu MTN naziri olmaq idi və bunu məndən gizlətmirdi. Həm də MTN naziri olarsa Azərbaycan üçün böyük işlər görə biləcəyini deyirdi".

Arif Hacılı 1992-ci may 15-16 may günlərində Ali Sovetin binasındakı prezident otağında o vaxt Ali Sovetin sədri və prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovla vəziyyəti normallaşdırmaq üçün kadr dəyişiklikləri məsələlərini müzakirə etdiklərini açıqlayıb:

"Görüşdə Yaqub Məmmədov, Əbülfəz Elçibəy, İsa Qəmbər, İskəndər Həmidov, Afiyəddin Cəlilov, mən və səhv etmirəmsə Pənah Hüseyn iştirak edirdi. İskəndər Həmidovun DİN naziri vəxifəsinə namizədliyi yekdil qəbul olundu. Baş prokurorun dəyişdirilməsi məsələsi müzakirə olunmadı. Çünki, hələ 7 iyun seçkilərinə təqribən 2 aya yaxın müddət qalmış o dövrün Baş Prokuroru Murad Babayevlə Elçibəyin yaşadığı konspirativ mənzildə görüşlərini təşkil etmişdim. Elçibəy prezident seçiləcəyi təqdirdə onu vəzifəsində saxlayacağını demişdi. MTN nazirinin təyinatı məsələsi mübahisə yaratdı. Mən Sülhəddin Əkbərin namizədliyini irəli sürdüm. Yalnız Afiyəddin Cəlilov özünəməxsus jestləri ilə bu təklifə dəstək verdi. İskəndər Həmidov açıq şəkildə etiraz etdi. Elçibəy Namiq Abbasovun namizədləyini irəli sürdü, İskəndər Həmidov ona da qəti etiraz etdi. Dəstək verən də olmadı. Sonda Yaqub Məmmədov Fəxrəddin Təhməzovun namizədliyini irəli sürdü. Bu namizədə İskəndər bəy də ciddi dəstək verdi. Təyinatları prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov edəcəkdi. Fərmanları o imzalayacaqdı. Ona görə də ciddi mübahisə etmədən bu namizədə razılıq verildi. Belə olan halda mən Sülhəddin Əkbərin nazirin birinci müavini təyin olunmasını tələb etdim. Etiraz olmadı. Eyni zamanda tələb etdim ki, onun namizədliyi də Milli Məclisdə təsdiq olunsun. Sülhəddin Əkbər Azərbaycan tarixində təyinatı parlament tərəfindən təsdiq olunan yeganə nazir müavinidir".

Müsavatın keçmiş başqanı Elçibəy hakimiyyəti ilə bağlı daha bir sirrin üstünü açıb:

"Əslində Elçibəyi narazı salan Sülhəddin Əkbərin güc nazirliklərini birləşdirib Təhlükəsizlik Şurası yaratmaq və onu həmin şuraya rəhbər, Təhlükəsizlik Şurası Katibi rəyin etməsi barədə təklifi idi. Həmin təklifin, həm də Elçibəy komandasının əsas fiqurlarına yox, məhz ona etimad göstərilməsinin vacibliyi, hətta yerliçilik kontekstində deyilməsi prezidenti çox narazı salmışdı".

Arif Hacılı Elçibəy hakimiyyətinin son dövrlərində Ali Sovetin sədri İsa Qəmbərin Müdafiə naziri olmaq istəyini isə öz açıqlamasında təsdiq edib:

"Füzuli rayonunda İsa Qəmbərin müdafiə naziri təyin olunması ilə bağlı söhbətdə mən də iştirak etmişəm. Bu söhbət həqiqətən olub. Həmin dövrdə Kəlbəcər işğal olunmuşdu. Füzuli və bir neçə rayonumuz işğal təhlükəsi altında idi. İsa Qəmbərin təklifi əslində bu çətin dövrdə məsuliyyəti üzərinə götürmək, üstün və daha asan parlament sədri vəzifəsindən daha çətin və məsuliyyətli vəzifəyə keçmək təklifi idi. Elçibəy bu təklifə qarşı çıxmadı. O hesab edirdi ki, parlamentin sədrliyi çox mühüm məsələdir. İsa Qəmbərin bu vəzifədə olması daha vacibdir. Onu əvəz edəcək Milli Məclis üzvü kim ola bilər? Elçibəyi bu sual düşündürürdü. Sülhəddin Əkbər Afiyəddin Cəlilovun adını çəkdi. Elçibəy dedi ki, əgər Arif Hacılını parlamentin sədri seçə bilərsinizsə, İsa Qəmbəri Müdafiə Naziri rəyi edərəm. Söhbət belə yekunlaşdı. O söhbət zamanı "Azadlıq" qəzetinin əməkdaşı İsrail Musayev də orada idi. Çəkiliş aparırdı. Bəlkə də həmin çəkiliş indi onun arxivindədir".

Sonda Arif Hacılı keçmiş silahdaşına tənə etməkdən də çəkinməyib:

"... Rəsulzadənin portretinin altından durub, Rəsul Quliyevin portretinin altında əyləşməyi özünə rəva bilmiş bir siyasət adamının dediklərinə əhəmiyyət verməmək də olardı".

AzNews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 09 Fevral 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see300

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see195

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see195

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see190

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see183

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see182

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see159

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see152

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see139

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see129

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri