Icma.az
close
up
RU
Roma İmperiyasının süqutunun səbəbi məlum oldu

Roma İmperiyasının süqutunun səbəbi məlum oldu

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Roma İmperiyasının tənəzzülündə iqlim dəyişikliyi həlledici faktor olmuş ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə yeni araşdırma "Geologiya" jurnalında dərc olunub.

Tədqiqata əsasən, təxminən 540-cı ildən etibarən başlayan və "son antik dövrün kiçik buz dövrü" (LALIA) adlandırılan iqlim dəyişiklikləri əvvəlki təsəvvürlərdən daha sərt olub.

Beynəlxalq alimlər qrupu İslandiya sahillərində aparılan araşdırmalar nəticəsində bu dövrdə Qrenlandiyadan aysberqlərlə daşınan iri daşlara dair geoloji sübutlar aşkar ediblər. Bu tapıntılar həmin dövrdə Şimali Atlantikada qeyri-adi soyuma hadisələrinin baş verdiyini göstərir.

LALIA dövrünün yaranmasına səbəb, günəş işığının qarşısını alan üç nəhəng vulkan püskürməsi nəticəsində atmosferə yayılan kül kütləsi olub. Soyuma təxminən 200-300 il davam edib və alimlərin fikrincə, bu proses Avropada kütləvi miqrasiyalara səbəb olaraq, Roma İmperiyasının sabitliyini pozub və onun tənəzzülünü sürətləndirib.

"Avropada temperatur təxminən 1-2 dərəcə Selsi aşağı düşüb. Bu, məhsul qıtlığına, ərzaq qiymətlərinin artmasına, aclığa və epidemiyalara gətirib çıxarıb", - deyə Sauthempton Universitetindən tədqiqatın həmmüəllifi professor Tomas Qernon bildirib.

Baxmayaraq ki, Şərqi Roma İmperiyası (Bizans) rəsmi olaraq 1453-cü ildə süqut edib, tədqiqatçılar hesab edirlər ki, bu iqlim dəyişiklikləri imperiyanın uzunmüddətli struktur zəifləməsinə təkan verən mühüm amillərdən biri olub.

"Biz iddia etmirik ki, Roma İmperiyasının süqutunun yeganə səbəbi iqlim idi. Ancaq indi məlum olur ki, bu soyuma dövrü əvvəl düşündüyümüzdən daha böyük təsirə malik olub. Bu sadəcə fon deyil, hadisələrin gedişatını dəyişdirə biləcək güclü bir amil idi", - deyə tədqiqat müəlliflərindən biri qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Aprel 2025 07:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri