Icma.az
close
up
RU
İslahatlardan regional liderliyə: Mərkəzi Asiyada Şövkət Mirziyoyev modeli

İslahatlardan regional liderliyə: Mərkəzi Asiyada Şövkət Mirziyoyev modeli

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Müasir dövrdə dövlətlərin uğuru təkcə iqtisadi göstəricilərlə deyil, həm də liderlərin strateji baxışı, dəyişən geosiyasi reallıqlara uyğun qərar vermək bacarığı ilə ölçülür. Son illər Türk dünyasında müşahidə olunan inteqrasiya prosesləri də məhz uzaqgörən siyasi liderliyin nəticəsi kimi qiymətləndirilir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil və çoxşaxəli xarici siyasət Türk dövlətləri arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsində mühüm rol oynayıb. Eyni zamanda, Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar və açıq siyasət kursu iki qardaş ölkə arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə çatdırıb.

2016-cı ildə hakimiyyətə gələn Şövkət Mirziyoyev qarşısında mürəkkəb və məsuliyyətli vəzifələr dayanırdı. Lakin qısa müddətdə həyata keçirilən islahatlar göstərdi ki, onun əsas məqsədi təkcə ölkəni idarə etmək deyil, Özbəkistanın inkişaf modelini yenidən formalaşdırmaqdır. Bu gün "Yeni Özbəkistan” anlayışı artıq siyasi şüar deyil, konkret dövlət strategiyasına çevrilib.

Mirziyoyevin siyasi kursunun əsas istiqamətlərindən biri dövlət idarəçiliyinin modernləşdirilməsi oldu. İqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın təşviqi, investisiya mühitinin yaxşılaşdırılması, rəqəmsallaşmanın genişləndirilməsi və dövlət-vətəndaş münasibətlərinin yeni prinsiplər əsasında qurulması ölkənin inkişafına yeni dinamika gətirdi.

İqtisadi sahədə həyata keçirilən dəyişikliklər Özbəkistanı xarici investorlar üçün daha cəlbedici ölkəyə çevirdi. Sənaye zonalarının genişlənməsi, logistika imkanlarının artırılması, beynəlxalq nəqliyyat marşrutlarında fəallığın yüksəlməsi və regional iqtisadi layihələrdə iştirak ölkənin Mərkəzi Asiyada iqtisadi çəkisini daha da artırdı.

Bütün bunlarla yanaşı, Mirziyoyevin ən mühüm uğurlarından biri xarici siyasətdə formalaşdırdığı yeni yanaşmadır. O, qonşu dövlətlərlə münasibətlərdə dialoq və qarşılıqlı etimada üstünlük verdi. Mərkəzi Asiyada əməkdaşlığın dərinləşməsi, ortaq layihələrin genişlənməsi və regional sabitliyin möhkəmlənməsi bu siyasətin real nəticələri kimi qiymətləndirilir.

Bu kontekstdə Azərbaycan-Özbəkistan münasibətləri xüsusi diqqət çəkir. Prezident İlham Əliyev və Prezident Şövkət Mirziyoyev arasında formalaşan qarşılıqlı etimad və səmimi dostluq münasibətləri iki ölkənin strateji tərəfdaşlığını yeni mərhələyə yüksəldib. Bu gün Bakı ilə Daşkənd arasında əməkdaşlıq yalnız diplomatik münasibətlərlə məhdudlaşmır; nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət və investisiya sahələrində həyata keçirilən layihələr bunun bariz nümunəsidir. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər və Mirziyoyevin bu təşəbbüslərə verdiyi dəstək Türk dünyasında inteqrasiyanın daha da sürətlənməsinə mühüm töhfə verir.

Son illərdə Qarabağın bərpası istiqamətində Özbəkistanın göstərdiyi siyasi və mənəvi dəstək, Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin inşası iki ölkə arasında qardaşlıq münasibətlərinin praktik təzahürü kimi tarixə düşüb. Bu, dövlət başçıları arasında qarşılıqlı etimadın konkret nəticələrindən biridir.

Mirziyoyev dövründə Özbəkistan beynəlxalq təşkilatlarda da daha fəal mövqe nümayiş etdirməyə başlayıb. Ölkənin BMT, Türk Dövlətləri Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda irəli sürdüyü təşəbbüslər Daşkəndin regional və qlobal proseslərdə artan rolunu nümayiş etdirir.

Şübhəsiz, genişmiqyaslı islahatlar yeni çağırışlar da yaradır. İslahatların davamlılığı, iqtisadiyyatın daha da şaxələndirilməsi, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması və sosial rifahın yüksəldilməsi qarşıdakı dövrün əsas prioritetləri olaraq qalır. Lakin artıq indidən demək mümkündür ki, Mirziyoyevin seçdiyi inkişaf kursu Özbəkistanı regionun aparıcı dövlətlərindən birinə çevirmək istiqamətində mühüm nəticələr verib.

Bu gün Mərkəzi Asiyada baş verən dəyişikliklərə nəzər saldıqda aydın görünür ki, Özbəkistanın yüksəlişi yalnız daxili islahatların deyil, həm də düşünülmüş və balanslı xarici siyasətin nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin formalaşdırdığı regional əməkdaşlıq və Türk dünyasının birliyinə əsaslanan siyasi xətt ilə Şövkət Mirziyoyevin "Yeni Özbəkistan” strategiyası bir-birini tamamlayan iki mühüm inkişaf modelidir. Məhz bu siyasi iradə sayəsində Azərbaycan və Özbəkistan bu gün Türk dünyasının əməkdaşlıq nümunəsi kimi çıxış edir.

Mirziyoyev modeli göstərir ki, ardıcıl islahatlar, praqmatik idarəçilik və açıq diplomatiya dövlətin beynəlxalq nüfuzunu artıran əsas amillərdəndir. Son on ilin təcrübəsi isə onu deməyə əsas verir ki, Şövkət Mirziyoyev müasir Özbəkistanın inkişaf tarixində yeni mərhələnin müəlliflərindən biri kimi artıq öz siyasi yerini formalaşdırıb.

Fərid Şahbazlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 24 İyul 2026 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri