“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 29 oktyabr, AZƏRTAC
“Google” şirkəti kibertəhlükəsizlik, proqramlaşdırma və mürəkkəb tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulan yeni “Gemini 4 Carbon”süni intellekt modelini təqdim edib.
AZƏRTAC “Investing” nəşrinə istinadla xəbər verir ki, model “Artificial Analysis Intelligence Index v5.0” reytinqində 59 bal toplayaraq birinci yeri tutub.
Şirkətin məlumatına görə, “Gemini 4 Carbon” proqram təminatındakı boşluqların aşkar edilməsi və onların aradan qaldırılması üçün düzəlişlərin hazırlanması sahəsində daha yüksək nəticələr göstərir.
“Google” modelin müdafiə mexanizmlərinin də gücləndirildiyini bildirib. “Gray Swan” sınağında model dolayı göstəriş inyeksiyalarından istifadə etməklə həyata keçirilən bütün hücumların qarşısını alıb.
İlk mərhələdə “Gemini 4 Carbon”dan yalnız məhdud sayda kibertəhlükəsizlik mütəxəssisi istifadə edə biləcək. Şirkət gələcəkdə modelə çıxışı etibarlı tərəfdaşlar, proqramçılar və biznes nümayəndələri üçün də genişləndirməyi planlaşdırır.
Modeldən istifadənin qiyməti bir milyon giriş tokeni üçün 2 dollar, bir milyon çıxış tokeni üçün isə 10 dollar təşkil edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 29 Oktyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















