İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə keçirilir
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 20-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə prosesi başlayıb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, müsahibə prosesində “dini ayinlərin qadın icraçısı” vəzifəsi üzrə 1 vakant yer üçün 36 namizəd, “imam” və “imam müavini” vəzifəsinə 3 vakansiya üzrə 82 namizəd arasında seçim aparılacaq.
Seçimlər mütəxəssislərdən ibarət Müsahibə komissiyası tərəfindən Azərbaycan İlahiyyat İnstitutunda təşkil olunub.
Müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında elan ediləcək. Təsdiq edilmiş qaydalara əsasən, uğur qazanmış namizəd müsahibə bitdikdən sonra 30 iş günü ərzində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha təyin olunacaq.
Qeyd edək ki, müsahibə fevralın 28-də yekunlaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 20 Fevral 2025 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















