Icma.az
close
up
RU
İslam dünyasının nəzərləri Şuşada

İslam dünyasının nəzərləri Şuşada

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Tarixi şəhərimiz “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumuna ev sahibliyi edib

Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə, xüsusi yanaşmasına uyğun olaraq dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verir. Ölkəmdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması, Azərbaycanın böyük uğurla IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, həmçinin müsəlman ölkələrini birləşdirən ayrı-ayrı təsisatlarda yüksək fəallıq ortaya qoyması bunun əyani təsdiqidir.

Ənənələrin davamı olaraq mədəniyyət beşiyimiz sayılan Şuşa “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumuna ev sahibliyi edib. Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO və Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda Xüsusi Nümayəndəliyinin tərəfdaşlığı ilə gerçəkləşən Forumda respublikamızdan  və ICESCO-dan rəsmilər, quruma üzv bir sıra ölkələrdən nümayəndələr, mədəniyyət xadimləri və media nümayəndələri iştirak ediblər.  Eyni zamanda, aprelin 17-də “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi bağlanış mərasimi baş tutub. Forumun açılışında çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova tədbirin aktual mövzuya həsr olunduğunu deyib. O bildirib ki, Forum “Şuşa - 2024 İslam Dünyasının Mədəniyyət Paytaxtı” üzrə fəaliyyət planının mühüm tərkib hissəsidir.

Bütün İslam dünyasının mədəniyyət və qəhrəmanlıq rəmzlərindən biri

Şuşa Azərbaycan xalqı üçün son dərəcə əziz bir məkan olduğu kimi, bütün İslam dünyası üçün də həm mədəniyyət şəhəri, həm də qəhrəmanlıq məskəni kimi böyük rəmzi məna daşıyan bir şəhərdir. Burada tarix boyunca İslam mədəniyyətinə aid çoxsaylı abidələr yaradılıb. Bu mənada, Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi təsadüfi deyil. Bu əlamətdar hadisə isə 2023-cü il 25 sentyabr tarixində Qətər dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında baş verib. Həmin konfransda ICESCO-nun İslam dünyasının mədəniyyət paytaxtı proqramına Azərbaycanın  mədəniyyət naziri Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına namizədliyini təqdim edib. Konfrans iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olunub.

Qeyd edək ki, Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” adına namizədliyinin irəli sürülməsi məqsədilə ICESCO-nun müvafiq missiyası burada olub. Şəhərdə aparılan quruculuq işləri missiya tərəfindən yüksək qiymətləndirilib. Bundan əlavə, Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Şuşanın namizədliyinin irəli sürülməsi prosesinə yaxından dəstək göstərməsi səsvermənin ölkəmizin xeyrinə nəticələnməsində xüsusi rol oynayıb.

Azərbaycan dövləti və cəmiyyəti İslam dünyasının bəhs olunan qərarını böyük məsuliyyət kimi qəbul edib.  Prezident İlham Əliyev 21 noyabr 2023-cü il tarixində “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı Sərəncama uyğun olaraq geniş əhatə dairəsinə malik olan tədbirlər müəyyənləşdirilib. Artıq tarixə dönən 2024-cü il yaddaşlarda həm də zəngin “Şuşa ili” kimi qaldı. Tədbirlər həm Şuşada, həm də ayrı-ayrı İslam ölkələrində baş tutdu. 

Qeyd edək ki, bundan əvvəl də ayrı-ayrı Azərbaycan şəhərləri İslam dünyasının mədəniyyət paytaxtı adını qazanıb. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhəri də İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. Müxtəlif illərdə Azərbaycan şəhərlərinin İslam dünyasının mədəniyyət paytaxtları seçilməsi isə heç də təsadüfi deyil.  Prezident İlham Əliyevin bildirdiyi kimi, biz bunu İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti kimi qəbul edirik.

İşğaldan azad edilmiş ərazilərdə tarixi abidələrin bərpasına həssas yanaşma

Şuşada baş tutan Forumun məqsədi İslam dünyası ölkələri arasında mədəni inteqrasiyanın genişləndirilməsi, İslam irsinin qorunması və təbliğinə töhfə vermək üçün mexanizmlərin hazırlanması, eyni zamanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma işləri, həmin ərazilərdə Ermənistanın işğal dövründə vandalizmə məruz qalmış tarixi-mədəni irsin bərpası istiqamətində görülən işləri diqqətə çatdırmaqdır.

Azərbaycan da silahlı münaqişənin mədəni sərvətlərimizə dağıdıcı təsirini yaşamış ölkədir. Təxminən 30 ili əhatə edən işğal dövründə ərazilərimiz erməni vandalları tərəfindən sözün əsl mənasında urbisid və ekosid siyasətinə məruz qalıb.  O cümlədən tarixi mədəni-dini abidələrimiz ciddi şəkildə ziyan çəkib, bir sıra hallarda onlara münasibətdə təhqiramiz əməllərə yol verilib. Qəbiristanlıqları dağıdılması, məscidlərdə donuz saxlanılması bunun əyani təsdiqidir. “Təəssüf ki, insanlığın beşiklərindən biri sayılan Azıx mağarası Ermənistanın işğalı zamanı silah anbarı kimi istifadə olunub”. Bunu forumda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib. O, həmçinin işğaldan azad olunduqdan sonra Xudavəng monastırı ilə bağlı araşdırmaların aparıldığını, arxeoloji məlumatların öyrənildiyini də diqqətə çatdıraraq “Bu məşhur kilsə işğal dövründə saxtalaşdırılıb, arxeoloji artefaktlar ərazidən çıxarılıb. Biz bu dağıntılara qarşı etiraz etməyə çalışmışıq. Ən dəhşətli hal isə divarlardakı freskaların kəsilib oğurlanmasıdır”, - deyə vurğulayıb.

Azərbaycan dövləti və cəmiyyəti postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirməklə paralel şəkildə, tarixi mədəni-dini abidələrin bərpasına da xüsusi həssaslıqla yanaşır.  Forumda Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimiz tərəfindən azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı ətraflı məlumat verib. O qeyd edib ki, Ağdam, Füzuli və Xocavənd işğaldan azad edildikdən sonra burada bir sıra mədəni irs obyektlərinin vandalizmə məruz qaldığı aşkar olunub. Xüsusi nümayəndə diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu mədəni və tarixi abidələrin bərpası və dirçəldilməsi prosesi davam etdirilir.

Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da işğaldan azad edilmiş ərazilərdə tarixi abidələrin bərpasında fəal şəkildə iştirak edir. Mehriban xanım Əliyeva 2020-ci il dekabrın 8-də Fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan edib. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə regionda icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. O cümlədən bərpa prosesinə Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər cəlb edilib. Heydər Əliyev Fondunun işğaldan azad olunan ərazilər üzrə layihəsinin icrası üçün xüsusi işçi qrupu yaradılıb və bərpa olunacaq abidələrin öyrənilməsi məqsədilə ilkin qiymətləndirmə aparılıb. Bərpa işləri dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə edir. Abidələrin yenidən qurulması zamanı onların ilkin, yəni autentik simasının pozulmaması prinsipi əsas götürülür. Artıq bir sıra layihələr uğurla tamamlanıb, digərlərinin icrası isə intensiv şəkildə davam etdirilir.

Mübariz FEYİZLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Aprel 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see369

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see277

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see270

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see266

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see265

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see259

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see256

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see254

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see254

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see250

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see246

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see243

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see241

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see232

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see230

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see221

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see202

İlk 3 yaşa qədər uşaqlara çay vermək qan azlığına səbəb olur Pediatrdan XƏBƏRDARLIQ

04 Sentyabr 2026 17:22see199

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see190

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri