Icma.az
close
up
RU
İslam Həmrəyliyi Oyunları İƏT ə üzv dövlətlər arasında əməkdaşlığa dəstək verir”

İslam Həmrəyliyi Oyunları İƏT ə üzv dövlətlər arasında əməkdaşlığa dəstək verir”

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatı Könül Nurullayeva plenar iclasda Azərbaycanın islam həmrəyliyinə töhfəsinə, eləcə də nüfuzlu idman ölkəsi kimi beynəlxalq mövqelərinin möhkəmlənməsinə diqqəti yönəldib. Deputat İHİA Koordinasiya Komissiyasının sədri qismində iştirak etdiyi 7-21 noyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən növbəti -  VI İslam Həmrəyliyi Oyunlarına toxunub. Bildirib ki, bu oyunlar da genişmiqyaslı, peşəkar təşkilatçılığı ilə yadda qaldı: “57 ölkədən 3000-dən çox idmançı 23 idman növü üzrə mübarizə aparırdı. Bu oyunların da timsalında bir daha idman vasitəsilə həmrəylik təşviq edildi. Qabaqcıl texnologiyaların təşkili, mədəni inteqrasiya, media mütəxəssisləri və könüllülərin fəallığı, təşkilat komitəsinin peşəkar təşəbbüsləri bu tədbirin uğurlarından biri idi. Azərbaycan idmançıları da mötəbər yarışda uğurlu çıxış etdilər.”

Son illər Azərbaycanın həm də idman ölkəsi kimi nüfuzunun getdikcə artdığını bildirən K.Nurullayeva qeyd edib ki, bu sahədə də qazanılan uğurlar birbaşa Prezident İlham Əliyevin adı ilə bağlıdır: “1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən dövlətimizin başçısı Azərbaycan idmançılarına hər zaman diqqət və qayğı göstərir. İyirmi səkkiz ildir davam edən bu proses uğurlu nəticələr verməkdədir. Qeyd edim ki, Azərbaycan komandası  VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 169 atletlə mübarizə apardı. Ölkəmiz ən çox idmançı ilə güləş (18), həndbol (16) və qılıncoynatma (15) növlərində təmsil olunurdu.  İdmançılarımız  9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc olmaqla, ümumilikdə 59 medal qazandılar. Bu nəticə ilə Azərbaycan 57 ölkə arasında ümumi sıralamada əyara görə 10-cu, medal sayına görə 4-cü yerdə qərarlaşdı”.

Deputat əlavə edib ki, İslam Həmrəylik Oyunları birgə İslam fəaliyyətinin və İƏT-ə üzv dövlətlər arasında əməkdaşlığa dəstəyin vacibliyini vurğulayır: “İdman sülh, birlik və anlaşmanın təşviqi üçün körpü rolunu oynayır. Azərbaycanda bu gün idman sahəsində əsl yüksəliş dövrü yaşanır və gələcəkdə daha böyük nailiyyətlər üçün əsaslı zəmin yaranır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Ölkəmizdə elə vətənpərvər gənc nəsil yetişib ki, onlar həm fiziki, həm mənəvi cəhətdən yenilməzdirlər. Bu gənclər idman arenalarında, həm də döyüş meydanında Azərbaycan bayrağını qaldırırlar”.

İlk İslam Həmrəylik Oyunlarının 20 il əvvəl məhz Səudiyyə Ərəbistanında təşkil olunduğunu xatırladan K.Nurullayeva bildirib ki, budəfəki oyunlar çərçivəsində müxtəlif müzakirələr də təşkil olundu: “Belə ki, İHİA Koordinasiya Komissiyasının sədri kimi, 50-dən çox üzv ölkənin nümayəndə heyətlərinin rəhbərləri ilə bir araya gələrək Oyunların 6-cı buraxılışının uğurlu keçirilməsi üçün əsas təşkilati məsələləri müzakirə etdik. Həmçinin İHİA İcraiyyə Komitəsinin 44-cü iclasında iştirak edərək, həmkarlarımızla birgə məhsuldar fikir mübadiləsi apardıq. Eyni zamanda 57 ölkənin Milli Olimpiya Komitələrinin prezidentləri, Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələrinin, beynəlxalq federasiya rəhbərləri və digər qonaqların iştirak etdiyi 14-cü İHİA Baş Assambleyasında da çıxış edərək Koordinasiya Komissiyasının gördüyü işlər barədə auditoriyaya ətraflı məlumat verdim. Oyunlar çərçivəsində Səudiyyə Ərəbistanının İdman Nazirliyinin "İdmanda qadınlar" mövzusunda təşkil etdiyi konfransa da qatıldım.  Konfransın əsas məqsədi bölgədə idman sahəsində qadınların rolunun gücləndirilməsi, qadın liderliyinin təşviqi və gələcək inkişaf strategiyalarının müəyyənləşdirilməsi idi. Bu platformada idman ekosistemində transformasiya prosesləri, inklüzivlik, gender bərabərliyi və davamlı inkişaf istiqamətləri ətrafında geniş müzakirələr aparıldı.”

Deputat İslam Həmrəyliyi Oyunlarının İslam dünyasında ədalətli rəqabəti təşviq edən, sülh və qardaşlıq dəyərlərini təbliğ edən vacib tədbir olduğunu bildirib. Bu kontekstdə 8 il əvvəl Azərbaycanın ev sahibliyi etdiyi 4-cü İslam Həmrəylik Oyunlarına toxunub: “2017-ci ildə Azərbaycanın yüksək təşkilatçılığı ilə dünyaya sülh, əmin-amanlıq, birlik, həmrəylik mesajı ünvanlanmışdı. Azərbaycan İslam dünyasına nümunəvi standartlar təqdim etmişdi. Bütün müsəlman aləminin təmsil olunduğu bu beynəlxalq idman yarışına da Azərbaycanın ev sahibliyi etməsi ölkəmizə göstərilən böyük etimadın təcəssümü idi. Cənab Prezidentin xüsusi diqqəti, birinci xanım hörmətli Mehriban xanımın bilavasitə rəhbərliyi ilə həyata keçirilən hazırlıq işlərinin nəticəsi olaraq IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanın növbəti uğuru kimi tarixə həkk olundu. “Bakı-2015”-də qazanılan təcrübə və sərgilənən təşkilatçılıq işi IV İslam Həmrəyliyi Oyunlarında da mükəmməl şəkildə təmin olundu.”  

K.Nurullayeva bildirib ki, Ər-Riyadda keçirilən görüşlərdə də cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın dəstəyi sayəsində Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın dinamik inkişafında yeni parlaq səhifə və beynəlxalq idman ictimaiyyəti üçün növbəti tarixi hadisə kimi yadda qaldığı xüsusi qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://adalet.az
archiveBu xəbər 02 Dekabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see242

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see198

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see180

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see150

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see140

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see132

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see131

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see129

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see129

Balıqçının soxulcan axtarışı tarixi dəyişdirdi: 2500 illik nadir tapıntı

16 Yanvar 2026 03:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri