Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

İslam mədəniyyəti və dini azadlıqlar ölkəmizdə yüksək səviyyədə dəstəklənir

İslam mədəniyyəti və dini azadlıqlar ölkəmizdə yüksək səviyyədə dəstəklənir

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans işə başlayıb

Mayın 26-da Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb. Tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunub. G20 Dinlərarası Forumu (IF20), İƏT, ICESCO, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi (DICID), İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA - Avropa Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumu konfransın xarici tərəfdaşları sırasında yer alır.

Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətini oxuyub.

Fransa kimi ölkələrdə müsəlman icmalarının damğalanması ciddi narahatlıq doğurur

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, islamofobiya bu dövrün narahatedici reallıqlarından biri və ayrı-seçkiliyin açıq təzahürüdür. Təəssüf ki, bir çox Qərb cəmiyyətində bu ayrı-seçkilik forması artıq normallaşır. Xüsusilə Fransa kimi ölkələrdə sekulyarizmin adı altında müsəlman icmalarının damğalanması ciddi narahatlıq doğurur. Eyni şəkildə Hindistanda dini millətçiliyin yüksəlişi nəticəsində müsəlmanlara qarşı artan təcrid və düşmənçilik müşahidə olunur.

“İslamofobiya qlobal miqyasda artan təhlükəli tendensiyanın tərkib hissəsidir. Bəziləri islamofobiyanı ayrı bir diskriminasiya forması kimi tanıyır, digərləri isə onu antimüsəlman nifrəti və ya dini irqçilik kimi adlandırmağı təklif edir. Mən düzgün terminologiyanın əhəmiyyətini anlayıram və dilin önəmini dərk edirəm. Ancaq inanıram ki, bu fenomenin müxtəlif kontekstlərdəki dərinliyini tam əks etdirəcək tək bir termin yoxdur. Əsas odur ki, islamofobiyanın acı bir reallıq olduğunu və müxtəlif bölgələrdə fərqli formalarda sosial və siyasi sahələrdə getdikcə daha çox yer aldığını qəbul edək. O, birmənalı şəkildə diskriminasiya forması kimi tanınmalıdır. Ancaq bu yolla ona qarşı effektiv mübarizə apara bilərik”, - deyə R.Həsənov vurğulayıb.

Azərbaycan Prezidentinin atdığı addımlar digər İslam ölkələri üçün nümunə təşkil edir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, nifrət cinayətləri və müsəlman irsinə məxsus abidələrin məhv edilməsi də daxil olmaqla, müsəlman icmalarına qarşı həm dövlət tərəfindən, həm də cəmiyyət daxilində baş verən ayrı-seçkilik halları ilə mübarizə aparmaq üçün beynəlxalq səviyyədə təcili tədbirlərin görülməsi zərurəti daha da aktuallaşır.

O bildirib ki, Avropada ifrat sağçı siyasi qüvvələrin yüksəlişi İslam ənənələrini məhdudlaşdıran tədbirlərin görülməsinə səbəb olur. Bunu da tez-tez “assimilyasiya” və ya “inteqrasiya”nı təşviq etmək bəhanəsi ilə pərdələməyə çalışırlar. Milli diskurslar getdikcə daha çox müsəlmanları hədəf alan və onların dini kimliyini ekstremizmlə eyniləşdirən populist ritorikanın təsiri altına düşür. Cənubi Asiyada qıcıqlandırıcı ritorika və nifrət cinayətlərinin artması dövlət səviyyəsində təşviq edilən antimüsəlman millətçiliyinin narahatlıq doğuran tendensiyaya çevrildiyini göstərir. Bu tendensiyanı mədəni vahidliyin qorunması narrativləri ilə əsaslandırırlar.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə diqqətə çatdırıb ki, Azərbaycanın dini müxtəlifliyə verdiyi dəyər, multikulturalizm ənənələri və islamofobiyaya qarşı tutduğu prinsipial mövqe bütün dünya üçün nümunəvidir. Şeyxülislamın sözlərinə görə, Prezident İlham Əliyev bu mənəvi irsin qorunmasına və inkişafına xüsusi diqqət yetirir. Onun rəhbərliyi ilə İslam mədəniyyəti və dini azadlıqlar ölkəmizdə daim yüksək səviyyədə dəstəklənib. Prezident İlham Əliyevin İslam dünyasında həmrəylik və əməkdaşlıq istiqamətində atdığı addımlar digər İslam ölkələri üçün nümunə təşkil edir.

Qərb ölkələrində islamofobiya narahatedici dərəcədə artmaqdadır

“Din adı ilə siyasi məqsədlər güdən, dini dəyərlərdən sui-istifadə edən şəxslərə və qruplara qarşı həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə ciddi mübarizə aparmaq vacibdir. Bu məsələdə Azərbaycan fəal və prinsipial mövqe tutur. Biz dinlərarası əməkdaşlıq sahəsində nümunəvi təcrübəyə sahibik və bu model dünya üçün də aktuallıq kəsb edir. Lakin təəssüflə qeyd etməliyik ki, bu gün dünyanın bir çox yerində, xüsusilə də bəzi Qərb ölkələrində islamofobiya narahatedici dərəcədə artmaqdadır. Fransada müsəlmanlara qarşı qeyri-insani münasibət, Məhəmməd Peyğəmbərin karikaturalarının çəkilməsi, “Qurani-Kərim”in yandırılması və digər təhqiramiz aktlar ürəkağrısı doğurur. Bu cür halların azad söz adı altında leqallaşdırılması, əslində, islamofobiyanın dərin köklərinin göstəricisidir.

Konfransın açılış mərasimində BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun tədbir iştirakçılarına videomüraciəti nümayiş etdirilib. Müraciətdə bildirilib ki, müsəlmanlar institusional ayrı-seçkilik və sosial-iqtisadi məhdudiyyətlərlə üzləşirlər. Bu cür qərəzli yanaşmalar müsəlmanların damğalanmasında və əsassız irqi profilləşdirilməsində özünü göstərir və qərəzli media təmsilçiliyi, bəzi siyasi liderlərin antimüsəlman ritorikası və siyasəti ilə gücləndirilir.

Konfrans kollektiv deklarasiya rolunu oynayacaq

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yusef Məhəmməd S.Aldobeayin fikrincə, islamofobiya təkcə dini ayrı-seçkilik deyil, həm də qərəzli münasibətin, yanlış təsəvvürlərin və nifrət ritorikasının təzahürüdür. Ona qarşı aparılan mübarizə isə yalnız bir bölgəyə deyil, bütövlükdə bəşəriyyətin ortaq dəyərlərinə xidmət edən universal çağırışdır. Bu baxımdan, bu cür beynəlxalq tədbirlər islamofobiyaya qarşı mübarizədə uğurlu və təsirli platforma rolunu oynayır.

O vurğulayıb ki, Azərbaycan bu istiqamətdə daim prinsipial və ardıcıl mövqe sərgiləyib. Azərbaycanın davamlı səyləri yüksək qiymətləndirilir və təqdir edilir. İstər dövlət səviyyəsində, istərsə də beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində aparılan işlər islamofobiyaya qarşı qlobal həmrəyliyin formalaşmasına mühüm töhfə verir.

“Xüsusilə beynəlxalq məlumatlandırma istiqamətində Azərbaycan böyük nailiyyətlərə imza atıb. Dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltmək, ictimai rəy yaratmaq və dini ayrı-seçkiliyin fəsadlarını ifşa etmək baxımından görülən işlər olduqca dəyərlidir. Bu, təkcə islamofobiyaya qarşı mübarizə deyil, eyni zamanda, dinlərarası harmoniya və multikultural dəyərlərin qorunması istiqamətində atılan uğurlu addımlardır. Azərbaycanın bu sahədəki rolu bir çox ölkələrə nümunə ola bilər”, - deyə İƏT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi qeyd edib.

İslamofobiya əxlaqi deyil, insani məsələyə çevrilib

Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin sədri İbrahim Saleh Əl Naimi diqqətə çatdırıb ki, islamofobiyaya qarşı stereotiplərin kökündən sarsıdılması üçün hamımız məsuliyyət daşıyırıq. Bu, praktiki tədbirlərin görülməsini zəruri edir. İslamofobiya dünyada artıq universal məsələyə çevrilib. Tənqidi fikirlərin səsləndirilməsinin nəticəsi olaraq müsəlmanlara qarşı hücumlar baş verir. Naimi bildirib ki, bu tədbirin əsas məqsədi bütün sübutları toplamaq, siyasi məsələləri gündəmə gətirmək və kənarda qalan səsləri ucaldaraq eşitdirməkdir: “Bu konfrans kollektiv deklarasiya rolunu oynayacaq. İslamofobiya ilə mübarizə, eyni zamanda, dinc və yanaşı yaşamaq məsələsidir. İslamofobiya təkcə dini məsələ deyil, bu, insan hüquqları ilə bağlı problemdir. Hazırda yaşadığımız dünyada islamofobiya əxlaqi deyil, insani məsələyə çevrilib. İslamofobiya insan hüquqlarının alçaldılmasıdır. Biz bütün formalarda buna qarşı mübarizə aparmalıyıq”.

İnsan Qardaşlığının Ali Komitəsinin Baş katibi Xalid Əl Qaiti bildirib ki, bu gün keçirilən beynəlxalq konfransda biz yalnız bir problemi müzakirə etmirik, eyni zamanda, humanist, ədalətli və tolerant bir dünyanın qurulması üçün ortaq öhdəliklərimizi nəzərdən keçiririk. Bu kontekstdə, Azərbaycanın multikulturalizmə, dinlərarası harmoniyaya yanaşması, həmçinin islamofobiyaya qarşı apardığı ardıcıl və səmərəli mübarizə olduqca nümunəvidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 May 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see202

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see172

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see168

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see141

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri