Icma.az
close
up
RU
“İslam ölkələrində bu adətin yayılması təhlükəlidirmi? AÇIQLAMA

“İslam ölkələrində bu adətin yayılması təhlükəlidirmi? AÇIQLAMA

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Əfqanistanda, Pakistanın bəzi bölgələrində və xüsusilə İranda “bəççebazi” adlanan qədim, mənfur bir ənənə mövcuddur. Bu, uşaq istismarı və oğlanbazlıq forması kimi ortaya çıxır.

Tarixi mənbələrə görə, həmin təzahür İslamdan əvvəl farsdilli xalqlar arasında geniş yayılmışdı. Təəssüf ki, İslamın gəlişindən sonra da bu ənənə tamamilə aradan qalxmayıb.

Gununsesi.info  -ya danışan dinşünas Tural İrfan bildirib ki, İslam dini bu əməli qətiyyətlə haram buyurur və ən ağır cəzalara layiq görür:

“Orta əsr fars müəlliflərinin, məsələn, Sədi Şirazinin və Nizamül-Mülkün əsərlərində belə bu mövzuya rast gəlinir, hətta bəzən xoş qarşılanan bir hal kimi təsvir edilir.

Son dövrlərdə isə bu çirkin ənənə yenidən gündəmə gəlməkdədir. Əfqanistan və Pakistan kimi ölkələrdə mühafizəkar qaydalar tətbiq olunsa da – qadınlara örtük məcburiyyəti, gözəllik salonlarının bağlanması və s. – digər tərəfdən qadın obrazında təqdim olunan kişilər vasitəsilə bu ənənə yaşadılır və hətta ictimailəşdirilir. Bu, qətiyyən yolverilməzdir və təhlükəli məqam ondan ibarətdir ki, bu cür əməllərin təsiri başqa ölkələrə də sirayət edə bilər.

Bəzi hallarda dini yanlış şərhlərlə bu əməllər “haqlı” kimi təqdim olunur. Sanki qadınla kişinin qeyri-qanuni münasibəti haramdır, amma kişi ilə kişinin münasibəti qadağan deyilmiş kimi göstərilir. Halbuki bu, tamamilə yanlışdır. İslam dinində də, insanlıq baxımından da belə əməllər ən böyük günahlardan biridir. Quranda Lut qövmünün məhz bu əxlaqsızlığa görə məhv edilməsi açıq şəkildə göstərilir”

Tural İrfan bildirib ki, bu davranış insanlığın şərəf və ləyaqətinə təhqirdir. İslam ölkəsi adlanan bir yerdə bunun yayılması xüsusilə ağır nəticələr doğura bilər.

“Çünki bu, təkcə dini baxımdan deyil, həm də milli-mənəvi dəyərlərə və mentalitetə ziddir.

Bəzi hallarda Qərbin bu tip məsələləri müsəlman ölkələrində yaymaqla onların ənənə və dəyərlərini sarsıtmaq, İslamı zəiflətmək məqsədi daşıdığı da görünür. Çünki İslamın həqiqi mahiyyəti və dəyərləri belə hallara qətiyyən yol vermir.

Ümumiyyətlə, bu əməllər həm İslamın ortaq dəyərlərinə, həm də milli-mədəni dəyərlərə ziddir və yolverilməzdir”-deyə o əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Oktyabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri