Icma.az
close
up
RU
“İslam Peygəmbəri özü də xəstə insanlara bunu tövsiyə edib” VACİB AÇIQLAMA KONKRET

“İslam Peygəmbəri özü də xəstə insanlara bunu tövsiyə edib” VACİB AÇIQLAMA KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

“İslam dinində sehr və cadu ümumiyyətlə qəbul edilmir. Sehr, cadu və bəzi dualarla insanların müalicə olunması, tibbə müraciət etmədən bu cür vasitələrə bel bağlanması İslamda doğru sayılmır. Qurani-Kərimdə “Hər bir sahənin mütəxəssisinə müraciət edin” məzmununda ayə var ki, bu da xəstəlik və digər məsələlərdə ixtisas sahibi insanlara, yəni həkimlərə müraciətin vacibliyini göstərir. Bu, Quranda qəti bir hökmdür və sübut edir ki, insan xəstələndikdə həkimə müraciət etməlidir”.

Bu fikirləri ilahiyyatçı Tural İrfan KONKRET.az-a açıqlamasında səsləndirib.

“Digər tərəfdən, Qurani-Kərim haqqında “bütün aləmlərə rəhmət və şəfa”dır ifadəsi də işlədilir. Bu ifadə əsasən mənəvi xəstəliklərə aiddir. Yəni Quran, insanın zəlalət yolundan hidayətə qayıtmasına səbəb olan mənəvi şəfa mənbəyidir. Təbii ki, Quran dini kitabdır, tibbi ensiklopediya deyil. Burada konkret fiziki xəstəliklərin müalicə üsulları yer almır.

Qurani-Kərim oxunduqda insanda mənəvi rahatlıq və ümid hissi yaranır ki, bu da psixoloji baxımdan müsbət təsir göstərə bilər. Amma konkret dəri xəstəlikləri və ya digər tibbi problemlər üçün Quran ayələrinin yazılıb insanın bədəninə yapışdırılması və ya yuyunmamaq kimi tövsiyələrin verilməsinin heç bir dini əsası yoxdur. Bu cür davranışlar xurafat hesab edilir. Nə Quranda, nə də hədislərdə belə üsullara yer verilir. İslam alimlərinin əsərlərində də bu mövzuda ciddi istinad tapılmır”.

İlahiyyatçı qeyd edir ki, hətta Peyğəmbərimizin (s.ə.s) özü də xəstələndikdə həkimə müraciət edib, onun tövsiyələrini dinləyib. Eyni zamanda, özü də bəzi təbii müalicə yollarını məsləhət görüb. Əgər Quran ayələrinin bədənə yazılması ilə şəfa tapmaq mümkün olsaydı, Peyğəmbər (s.ə.s) bunu insanlara tövsiyə edərdi.

“Təəssüf ki, bu gün də belə məsələlərlə məşğul olan insanlar var və bəzi şəxslər belə şeylərə inanır. Bu, çox zaman qədim adət-ənənələrdən, xalq arasında dolaşan batil inanclardan qaynaqlanır. Elə insanlar var ki, həkimə deyil, çöpçüyə və ya dua yazanlara üz tutur. Halbuki, bu cür inamlar bəzən insanları ciddi fəsadlara və hətta təhlükəli nəticələrə sürükləyə bilər. Məsələn, bədənə yazılan yazının yuyulmaması tövsiyə olunduqda, bu, dəridə xəstəliyin daha da pisləşməsinə səbəb ola bilər.

Müasir dövrdə bu cür xurafatlara qarşı cəmiyyət daha ayıq olmalı, insanlar bu mövzularda maarifləndirilməlidir. Tibb elminin inkişaf etdiyi bir dövrdə, elmi əsaslara söykənən müalicə üsulları daha etibarlı və nəticəlidir”.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 May 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri