Qarabağ ın qazandığı nəticələr ölkədə futbola marağı artırır amma ölkə futbolu inkişaf etmir...
Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Elə bil koma vəziyyətində olan Azərbaycan futbolu "Qarabağ"ın avrokubok matçlarında dirilir, qalan vaxtlarda isə həmişəki halına qayıdır. Çox qəribə mənzərədir. Bir ölkənin klubu Çempionlar Liqasında hamını təəccübləndirir, uzun illər avrokuboklarda adından söz etdirir, amma həmin ölkədə futbol yox səviyyəsindədir.
Hərdən məhz bundan çıxış edərək deyirlər ki, "Qarabağ"ın Azərbaycan futboluna aiddiyəti yoxdur. Təbii ki, belə deyil. "Qarabağ" Azərbaycan futbolunun bir parçasadır. Amma bu klubun AFFA-ya, ölkə futbolunun ümumi vəziyyətinə qətiyyən aidiyyəti yoxdur. "Qarabağ" öz sponsoru, öz idarəçiləri, öz strategiyası olan müstəqil klubdur.
"Qarabağ"ın hər qələbəsindən sonra adama elə gəlir ki, nəhayət ölkənin ali rəhbərliyi səviyyəsində futbola əl qoyular, ciddi nəzarətə götürülər bu sahə, inkişaf etməyə başlayar. Təəssüf ki, heç nə baş vermir. Sanki hamıya "Qarabağ"ın uğurlarına bürünüb, ellə sürünmək daha sərfəlidir.
Gedişatdan belə hiss olunur ki, AFFA-nın bəh-bəhlə belçikalılara yazdırdığı İnkişaf Strategiyası da həyata keçirilməyəcək. Ölkə ərazisində 8 Regional Futbol Mərkəzi, I və II Liqa klublarının infrastruktur şəraitinin yaxşılaşdırılması və s. məsələlər kağız üzərində qalacaq, rəflərdə yatacaq.
Bəlkə "Qarabağ" Çempionlar Liqasında 24-lüyə düşsə, yuxarıların futbolumuza baxışı dəyişər. Bəlkə də... Ümid etməkdən başqa çarə yoxdur.
Həmid
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 08 Noyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















