Icma.az
close
up
RU
Təyyarə səfəri olanlara VACİB AÇIQLAMA KONKRET

Təyyarə səfəri olanlara VACİB AÇIQLAMA KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysi ilə uçan “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında baş verən qəzası son günlərin ən mühüm hadisələrindən birinə çevrilib. Bu faciə aviasiya təhlükəsizliyi ilə bağlı cəmiyyətdə ciddi narahatlıq doğurub, eyni zamanda, təyyarə ilə səyahət edən insanlarda uçuş qorxusunun daha da artmasına səbəb olub.

Maraqlıdır, bu hadisə təyyarə qorxusu olan, yaxud bu qorxunu yenməyi bacaran insanlara necə təsir edəcək?

KONKRET.az xəbər verir ki, mövzunun psixoloji detallarını Yenisabah.az-a açıqlayan psixoloq Vüsalə Rüstəm bu barədə bir sıra vacib nüanslara toxunub:

“Baş verən qəzalar zamanı ya da ondan sonra insanlarda qorxular (fobiyalar) yaranır. Bu hal normaldır. İnsan beyni  həyatı üçün olan bütün təhdidləri qorxu siqnalı kimi qəbul edir və bu hal uzun zaman davam edə bilir. Baş vermiş qəzanın içərisindən sağ çıxmış insanların qorxusu ilə hadisələri kənardan izləyən insanların hissləri arasında çox böyük fərq olur. Hər hansı bir qəzadan və bədbəxt hadisədən şans əsəri sağ qurtaran insanların beyni çox təsirə məruz qalır. İlkin zamanlarda baş ağrıları, yuxusuzluq, qorxu, isterika ağlamalar, günlərlə susqunluq, fikrini ifadə edə bilməmək, sağlamlığında müxtəlif dəyişikliklər aylarla davam edə bilir. Bu orqanizmin aldığı şok effektinə cavab reaksiyasıdır. Belə ardıcıl reaksiya ilə beyin özünü sakitləşdirir. Bəzi adamlarda bu hal öz -özünə sönüb keçib gedir, bəzilərinə isə mütəxəssis dəstəyi və ailə üzvlərinin diqqəti vacibdir”.

Psixoloq qeyd edib ki, qəzadan sonra təyyarədən qorxma halları isə normaldır, amma qorxu elə bir hissdir ki, beyində dərinləşdisə, onu oradan uzun zaman çıxara bilmirsən:

“Kənardan hadisəni izləyərək qorxu hissi keçirən insanlar isə gün boyu  hadisə qurbanları ilə bağlı aldığı informasiya o qorxunu daha da gərginləşdirir. Günlər keçdikcə qorxu yaradacaq xəbərlər də azalmağa başlayır. İnsan beyni ona gərginlik və yük verən informasiyanı asanlıqla gizlədə bilir. Bununlada qorxu hissi keçib gedir.

Bir müddət təyyarə ilə səfəri olan insanlar emosional olaraq yüklənəcəklər, ancaq təyyarə ilə hərəkət dünyada ən tez və təhlükəsiz hesab edilir. Sadə dillə desək, qorxunun əcələ heç bir faydası yoxdur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Yanvar 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see349

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see295

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see285

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see265

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see264

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see253

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see239

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see222

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see219

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see215

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see193

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see183

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see174

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see172

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri