Icma.az
close
up
RU
İslamda uşaqların saçının 1 yaşa kimi kəsilməsi qadağandır?

İslamda uşaqların saçının 1 yaşa kimi kəsilməsi qadağandır?

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Zaman-zaman ictimaiyyətdə, sosial şəbəkələrdə müzakirə yaradan məsələlərdən biri də dini inanclarla əlaqədardır. Onlardan biri də körpələrin saçının kəsilməsi ilə bağlıdır. Belə ki, bəzi valideynlər 1 yaşa kimi və ya 1 yaşı tamamladıqdan dərhal sonra uşağın saçının tam kəsilməli olduğunu iddia edirlər. Bunu isə dinimizlə əlaqələndirirlər. Bəziləri isə islam dinində belə bir məsələnin mövcud olmadığını deyir.

Globalinfo.az-a danışan ilahiyyatçı Əkrəm Həsənovun sözlərinə görə, islam dinində uşağın doğulmasından sonra müəyyən adət və qaydalar mövcuddur ki, bunlar həm dini baxımdan mənəvi dəyərləri, həm də gigiyenik və ictimai əhəmiyyəti əks etdirir.

O deyib ki, uşağın saçının kəsilməsi və bunun dini tərəfləri məsələsi də bu kontekstdə qiymətləndirilməlidir:

“İslam dinində əqiqə adəti uşağın doğulmasından sonra təşəkkür və şükür niyyəti ilə həyata keçirilən bir ibadətdir. Peyğəmbərimiz (s.ə.s.) bu məsələdə bir neçə hədisdə tövsiyələr verib. Ən məşhur hədislərdən biri belədir: “Oğlan uşağı üçün iki bərabər qoyun, qız uşağı üçün bir qoyun kəsin və uşağın başını qırxın.” (Bu hədis Əbu Davud, Tirmizi və Nəsai kimi mənbələrdə keçib.) Mövcud adət islam mədəniyyətində uşağın doğumunu qeyd etməklə yanaşı, sosial və mənəvi bir bağ yaradır. Saçın qırxılması uşağın təmizliyinə diqqət yetirmək məqsədini daşıyır və onun çəkisinin gümüş və ya qızıl dəyərində sədəqə olaraq paylanması tövsiyə edilir. Bunun hikməti həm yoxsullara yardım etmək, həm də uşağın sağlamlığına diqqət çəkməkdir”.

Əkrəm Həsənov

İlahiyyatçı deyib ki, uşağın doğulmasından sonra saçını kəsmək Peyğəmbərimiz tərəfindən tövsiyə olunub, lakin bu əməl bir məcburiyyət deyil:

“İslamda 1 yaşına qədər və ya 1 yaş tamam olduqdan sonra uşağın saçının kəsilməsi ilə bağlı xüsusi bir göstəriş mövcud deyil. Bəzi cəmiyyətlərdə bu praktika dini qayda kimi təqdim olunsa da, əslində bu, daha çox mədəni və regional adətdir. Həmin adət bəzən əqiqə ilə qarışdırılır və insanlar dini baxımdan məcburi olduğunu düşünürlər. Əslində, belə bir qayda yoxdur və bu, islamın tələb etdiyi bir şey deyil. Saçın kəsilməsi gigiyena baxımından faydalı ola bilər, lakin bunu etmək və ya etməmək valideynlərin ixtiyarındadır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Yanvar 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see251

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see163

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see161

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri