İslandiya millisi Azərbaycana qarşı bu futbolçularla oynayacaq
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İslandiya yığmasının DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və Ukrayna milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.
AFFA-dan "Unikal"a bildirilib ki, baş məşqçi Arnar Qunnlauqsson D qrupunda noyabrın 13-də Bakıda Azərbaycan, 3 gün sonra isə Varşavada Ukrayna seçməsinə qarşı baş tutacaq matçlara 24 futbolçu dəvət edib.
Qapıçılar: Elias Rafn Olafsson (“Midtyulland”, Danimarka), Hakon Rafn Valdimarsson (“Brentford”, İngiltərə), Anton Ari Eynarsson (“Breydablik”);
Müdafiəçilər: Loqi Tomasson (“Samsunspor”, Türkiyə), Daniel Leo Qretarsson (“Syenneryuske”, Danimarka), Hyordur Byörqvin Maqnusson (“Levadiakos”, Yunanıstan), Aron Einar Qunnarsson (“Al Qarafa”, Qətər), Sverrir İnqi İnqason (“Panatinaikos”, Yunanıstan), Viktor Palsson (“Horsens”, Danimarka), Byarki Steinn Byarkason (“Venesiya”, İtaliya);
Yarımmüdafiəçilər: Mikael Eqill Ellertsson (“Cenoa”, İtaliya), Gisli Tordarson (“Lex”, Polşa), İsak Berqmann Yohannesson (“Köln”, Almaniya), Hakon Arnar Haraldsson (“Lill”, Fransa), Andri Fannar Baldursson (“Kasımpaşa”, Türkiyə), Stefan Teytur Tordarson (“Preston”, İngiltərə), Yon Daqur Torsteinsson (“Herta”, Almaniya), Kristian Hlinsson (“Tvente”, Niderland), Yohann Berq Qudmundsson (“Əl-Zafra”, Birləşmiş Ərəb Əmirlikləri), Mikael Nevill Anderson (“Yurqorden”, İsveç);
Hücumçular: Andri Qudyonsen (“Blekbörn”, İngiltərə), Brinyolfur Villumsson (“Qroningen”, Niderland), Albert Qudmundsson (“Fiorentina”, İtaliya), Daniel Qudyonsen (“Malmö”, İsveç).
Qeyd edək ki, noyabrın 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - İslandiya qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 06 Noyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















