İslandiya millisinin Azərbaycana qarşı heyəti açıqlandı
Icma.az, Qol.az saytına istinadən bildirir.
İslandiya yığmasının DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və Fransa milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.
Baş məşqçi Arnar Qunnlauqsson D qrupu çərçivəsində sentyabrın 5-də Reykyavikdə Azərbaycan, 9-da isə Parisdə Fransa millisinə qarşı baş tutacaq matçlara 24 futbolçu dəvət edib.
Qapıçılar: Elias Rafn Olafsson (“Midtyulland”, Danimarka), Hakon Rafn Valdimarsson (“Brentford”, İngiltərə), Anton Ari Eynarsson (“Breydablik”);
Müdafiəçilər: Loqi Tomasson (“Samsunspor”, Türkiyə), Daniel Leo Qretarsson (“Syenneryuske”, Danimarka), Aron Einar Qunnarsson (“Al Qarafa”, Qətər), Sverrir İnqi İnqason (“Panatinaikos”, Yunanıstan), Viktor Palsson (“Horsens”, Danimarka), Byarki Steinn Byarkason (“Venetsiya”, İtaliya);
Yarımmüdafiəçilər: Mikael Eqill Ellertsson (“Cenoa”), Gisli Tordarson (“Lex”, Polşa), İsak Berqmann Yohannesson (“Köln”, Almaniya), Torir Yohann Helqason (“Leççe”, İtaliya), Stefan Teytur Tordarson (“Preston”, İngiltərə), Hakon Arnar Haraldsson (“Lill”, Fransa), Kristian Hlinsson (“Tvente”, Niderland), Villum Tor Villumsson (“Birmingem”, İngiltərə), Yon Daqur Torsteinsson (“Herta”, Almaniya), Mikael Nevill Anderson (“Yurqorden”, İsveç);
Hücumçular: Albert Qudmundsson (“Fiorentina”), Saevar Atli Maqnusson (“Brann”, Norveç), Andri Qudyonsen (“Gent”, Belçika), Orri Oskarsson (“Real Sosyedad”, İspaniya), Daniel Qudyonsen (“Malmö”, İsveç).
Qeyd edək ki, İslandiya - Azərbaycan qarşılaşması sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də “Lauqardalsvollur” stadionunda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 27 Avqust 2025 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















