Icma.az
close
up
RU
İslanmaqdan qaçmayanlar Pərvanə Bayramqızı yazır

İslanmaqdan qaçmayanlar Pərvanə Bayramqızı yazır

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər hansı bir peşəni onun sahibi həm sevdirə, həm də gözdən sala bilər. Xain sərhədçi, vicdansız həkim, tamahkar, savadsız müəllim, qeyri-peşəkar, qorxaq, yaltaq jurnalist, kitabdan xəbəri olmayan kitabxanaçı, qanuna əməl etməyən polis, hüququ tapdayan hüquqşünas görəndə inam hissi can verir. Bir anlıq adama elə gəlir ki, həyatda inanacağın, sevəcəyin, uğrunda ölümə hazır olduğun nə bir ideya var, nə də hansısa nəsnə.  Yaxşı ki, bu yanaşmanın yanlış olduğunu sübuta yetirən peşəsinə sadiq olanlar, onu ləyaqətlə yerinə yetirənlər var. 

Şairlər, yazıçılar gündəmə gəlib müzakirə olunanda,  şəbədə mənbəyinə çevriləndə qanım qaralır. Şair niyə şoumenlik etsin ki? Yazıçı niyə qalmaqal salsın? Axı onlar müğənni deyillər. (təəssüf ki, artıq bu hala alışmışıq) Oxuyanların bu cür hərəkətini tənqid etdiyimiz halda qələm adamlarının müğənnisayaq deyişmələri adamı məyus edir. 

İki şeir yazıb bir kitab çap etdirən şair deyil. Min şeirə, yüz kitaba sahib olan şair də əsl insan sayılmaz. 

Şair ən birinci ruhunun şəklini sözü ilə çəkməyi bacarandır. Duyğuları onu tanımayanlara doğma olandır. Başıbəlalı ölkələrin şairlərinin bir də vətən yükü olur. Yurdunun, xalqının, cəmiyyətinin dərdini çəkən, içində alışıb-yanan, bunu heç kəsə minnət kimi yükləməyən şairlər daha çox sevilirlər. Sevdiklərinə canından bağlı olanlar sevgisini bağırmadan sübut edirlər. Əslində, sübut etməyə cəhd göstərmirlər, bu özü özünü təsdiqləyir.

Şairin şeiri, ilhamı
Onun istedadıyla qardaş olmalı.
Dünyada qalmayacaq
qrafoman malı.
 (Misraları xatırladınız, Səməd Vurğundandır, təhrif etmişəm)

Sönük şeirlərlə, publisistikanı xatırladan cümlələri misralaşdırmaqla poeziya yaratmaq, bir-birinə atmaca atmaqla, təhqir etməklə də yaddaşlarda qalmaq olmur. 

Bir də görürsən, bəzi şairlərin şoumenliyi tutub. Sözü bir-birinə güllə kimi atırlar. Kəlmələri də incidirlər, bizi də. Sözə arxalanıb sazsız deyişirlər.

Cılız göründüklərini nəzərə almırlar.
Gündəm xəstəliyidir, nədir, anlamıram. 

 Bizsə kənardan baxıb təəssüflənirik. Müdaxilə etsək, yaxşı halda tənqid edilərik. Susuruq. "Nəyimə gərəkdir" prinsipi köməyimizə çatır. Hərdən də (bəzimiz də) fikrimizi mətnə döndəririk.

Mənəvi dəyərləri oxunma sayına qurban verən saytlar da istedadla yazan şairləri görmür, oxumur, təbliğatını aparmırlar, dava-dalaş salan, bir-birinə həqarət yağdıran, harda psixoloji problemi olan, ağlına gələni yazıb özünə şair deyən şeirqoşan varsa onu göstərir, onun tanınmağına çalışırlar. Ədəbiyyatdan, sözdən xəbərsizlər indiyədək şair deyiləndə Moşunu xatırlayıblar, bundan belə də iki nasaz qadının adını çəkəcəklər.

Bildikləri, gördükləri bunlardır. Gül ağızlarını açmaqdan kitab ağzı açmağa həvəsləri olmur, ona görə də bir misrası ilə bir kitablıq fikir oyadan şairlərin varlığından xəbərsizdirlər.

Şairlə şeirqoşanın fərqindən növbəti yazımda söhbət açacam. Bugünsə şair Tərlan Əbilovun qələm dostlarına verdiyi "tərif"dən yararlanıram. Qoşma sənəd hesab etməyin. Şeir gerçəyi  ifadə etdiyindən əsl şair haqqında çıxarılmış yekun qərara bənzəyir.

Şair bu cür olur, qalanları qafiyəaxtaranlar, qafiyətapanlar, çox vaxt da qafiyətapmayanlardır. 

Qafiyəsiz də yazmaq olur, yazmağa nəyinsə varsa...
Şair sözdən, fikirdən korluq çəkməyənlərdir. 
Əsl şairi əsl şair olan T.Əbilovun şeiri ilə anlayaq:

Şair yağışlara çətir açmayandı,
islanmaqdan qaçmayandı...

Hamıya görə özünə qıyandı, 
özünə görə heç kimə qıymayandı, şair... 

Gözlərində uzaqlar aydın görünürsə, 
yaxını olma onun, 
onun olmalı bütün ayrılıqlar, 
bütün acılar. 

Ondan başlamalıdı qəriblik, yoxsulluq, 
pulu olanda, kefi olmamalı, 
kefi olanda, pulu olmamalı şairin. 

Qorxutmamalıdı müharibə onu... 

Şair olanın üzünə qayıtmalıdı arvadı, uşağı... 
belinə gəlməməlidi göyün qurşağı... 

Axırıncı siqareti kimi yandırmalıdı özünü həmişə, 
ümidsizlik olmalı ümid yeri onun daim... 

Şair — halına kimsə tərəfindən ağlanmayandı, 
hamını sevib, heç kimə bağlanmayandı, 
böyüklə böyük, 
kiçiklə kiçik, 
şəhidlə şəhid olandı şair...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://adalet.az
archiveBu xəbər 26 Dekabr 2024 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri