Icma.az
close
up
RU
Müddətsiz sənədlər Pərvanə Bayramqızı yazır

Müddətsiz sənədlər Pərvanə Bayramqızı yazır

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Yazıçı bəzən gördüyü, şahidi olduğu məqamlardan yazmağa tərəddüd edir, düşünür ki, bu, filankəsin taleyidir,  oxuyanda bir dəfə də sözlə göynəyəcək, oxucu isə nə oxusa, hamısını yazıçının öz həyatına aid edir. Əsərdən nə duysa, müəllifin özündən "şübhələnir". Elə bilir, yazıçı ya yalnız özündən yazır, ya da yalnız özündən yazmalıdır.

Belə olsa, onun “yazıçı” yox, "özüçü" sayılacağını nəzərə almır. Yaxınlar, yadlar istedad sahibinin müstəqil şəkildə, azad duyğularla yazıb-yaratmağına, inkişaf etməyinə hər vasitə ilə mane olurlar. Bizim cəmiyyətdə real hadisələri ədəbiyyata çevirmək çətin olur. Gərək adamda istedad, yazmaq eşqi, azadlıq hissi o qədər güclü olsun ki, mühitin ehkamını yarıb keçməyi bacarsın. Demək, istedadla cəsarət qoşa olmalıdır. Cəsarəti istedad doğur, o da öz yaradanına borclu qalmır, daim onun yaratdıqlarını qaragüruhun qara fikirlərindən müdafiə edir. 

Cəsarətli yazıçının ruhu titrəyəndə, mənəvi ehtiyacdan əlinə qələm götürüb yazanda həmin mətni kimin oxuyacağı, oxuyub nə düşünəcəyi ağlından keçmir. 

İstedad olandan, ona güvənəndən sonra digər şirnikləşdirici şeylər ona əhəmiyyətsiz görünür, daha dəqiq desək, vız gəlir. (İfadəni türklərdən öyrənməmişəm, nənəm həmişə işlədirdi) O yazanda düşünmür ki, bunu oxuyub tərifləsinlər, yaxud bu mətn onu tanıtsın. İstədiyi yalnız yazıb ağrılardan xilas olmaqdır.

Əyər-əskiklər yalnız mətn ərsəyə gələndən sonra ayıq başla düzəldilir. Qəribədir, yazıçının zülm çəkərək yazdığı mətnə hərə öz baxışı ilə qiymət verir. Söhbət interpretasiyadan getmir, zədəli düşüncə sahibləri yenilik-filan bəhanəsi ilə abırla yazılmış mətnləri “ütülü” adlandırıb bəyənmirlər. Əsəri təhlil edən şəxsin mənəvi görüşləri, şəxsi keyfiyyətləri və müəllifə münasibəti mütləq resenziyasına yansıyır.

İstedadlı insanın qələmini nizə kimi görənlərin problemi gözlərində deyil. Bataqlığa bənzəyən daxili dünyaları, kefiyyətsiz sinir hüceyrələridir ki, belələrinə reallığı yox, görmək istədiklərini göstərir.

İstedadın gücündən, qələmin qüdrətindən yaranan əsərlər isə müəllifin ədəbiyyat dünyasına təqdim edə biləcəyi ən vacib və etibarlı sənəddir. Bu sənədin hazırlanma prosesi qaydasız qaydalara söykənsə də müddətsizdir.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://adalet.az
archiveBu xəbər 28 Fevral 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see488

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see245

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see222

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see203

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see196

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see189

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see187

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see186

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see183

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see182

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see178

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see174

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see166

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri