Icma.az
close
up
RU
“Zoğallamaq” Pərvanə Bayramqızı yazır

“Zoğallamaq” Pərvanə Bayramqızı yazır

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

(Dəli şeytan deyir, mətnin adını “Koxau ronqo-ronqo” qoy, heç kim başa düşməsin, maraqlanıb oxusunlar ki, görəsən söhbət nədən gedir. Yox, dəlilərlə sözüm tutmur, mənimki ağıllı adamlardır. İndi hanı 7777 dəli? İndiki dəlilər adamı dəli edirlər. Yazı “Ərincək və robotlaşmış gənclərin dili” başlığı ilə dərc edilsə də uzun olacaq. Yaxşısı “Zoğallamaq”dı. Ta onun nə olduğunu da açıqlamayacam, oxuyun, özünüz biləcəksiniz. 

İlk dəfə ağlındakını insanlarla bölüşmək fikrinə düşüb yazını (hansı formada olmağından asılı olmayaraq) kəşf edən o mübarək insanın ruhuna FATİHƏ. 

Xahiş edirəm, fikrinizi yemək-içməkdən ayırıb mənlə bərabər siz də "FATİHƏ" deyəsiniz. Həmin şəxsi yerin deşiyində də olsa tapıb çıxarmaq lazımdır. Ona minnətdarlığımı bildirmədən ölmək istəmirəm. Əlinə lələkmi götürdü, ya ondan da qabaq nə iləsə yazıbsa, onu da dünyanın ən qiymətli əşyası kimi qorumağa hazıram. Nə yaxşı hiss edib ki, onun ağlına nəsə gəlib, ürəyindən nəsə keçir bunu danışmaqdan başqa da hansısa yolla ətrafdakılara çatdırmalıyam. Yazını kəşf edən ilk insanın sümükləri durursa Allah torpağını namərd adamların tapdağından qorusun. Nə gözəl kəşfdir. Bəh-bəh. Mən onsuz yaşaya bilmirəm.

Nə yaxşı ki, yazmaq varmış.

İlk yazı sisteminin şumerlərə məxsus olduğunu göstərirlər, oxuduqlarımıza görə onlar ilk dəfə taxılın, mal-qaranın hesabatını aparmaq üçün gil fiqurlardan istifadə ediblər. Misirlilərsə heroqliflər yaradıblar. Çinlilər də öz yazı sistemlərini icad ediblər. İlk əlifbanı isə 1050-ci ildə yaşamış finikiyalılar yaradıblar.

Şumerlərin gil lövhələr üzərində qamış qələmlə yazdıqları da bir versiyadır.

Görəsən, təsərrüfatın qeydiyyatını aparmaq, unutmamaq üçün gil fiqurlar yaradan qədim şumerləri riyaziyyatın banisi hesab etmək olar, yoxsa yazmağın? 

Hər halda mühasibat uçotuna daha yaxındır, amma göründüyü kimi hətta vacib elm sahəsi olan riyaziyyat özü də yazının sahəsində meydana gəlib

Farsların da asılmış hər bir ipin vasitəsilə say və yaxud müəyyən əşyanın sayını təyin etməkləri haqqında məlumat var.

Perulularsa ipi düyünləməklə mürəkkəb anlayışlar ifadə edirmişlər. Meksikalılar bunun vasitəsilə müqavilələri, bütöv əhvalatları ifadə edirmişlər.

Qədim hindlilər Koxau ronqo-ronqo adlanan həmin düyünlü yazı ilə hətta tarixi hadisəni təsvir edir və şeir də yaza bilirmişlər.

Böyük inkişaf yolu keçən yazının mənə doğma görünən növü qədim hindlilərinkidir, çünki bu "yazı" ilə onlar şeir yazıblar. 

Dediklərini başqasına çatdırmağın bir yolu da balıqqulağı olmuşdur. Şimalı Amerika hindularının bəzi tayfaları bu vasitədən geniş istifadə etmişlər.

Şəkillə əşyalarla fikir ifadə etməyi ilk yazı kimi qəbul ediblər.

Yazının yaranma ardıcıllığını, hansı vasitələrlə ötürüldüyü haqda məlumat aldıq. Müasir dövrümüzdə, gözümüzün qabağında yeni qəribə yazı “növü” meydana gəlməkdədir. İştirak etdiyim verilişlərdən birində müasirlərimizin "icad etdiyi"  "tşk", "zm.o.", "ok", "slm" kimi "son model" yazı növünə verdiyim "tərifdən" danışdım. Hamının verilişə baxmaq imkanının olmadığını nəzərə alaraq həmin “tərifi” yazılı şəkildə də diqqətə çatdırmaq istəyirəm, bu cür qısaltmalarla yazılmış sözlər tələskən, ərincək və robotlaşmış gənclərin dilidir. Texnikanın sürətli inkişafı əl-uzunluq etdikcə sözlərin dili qısalır. Əlac ona qalıb ki, telefonlarda elə funksiya quraşdıralar, sözləri səhv, yaxud qısa yazanda dona, ekranda  "öldürsən də gedən deyiləm" cümləsi görünə. Məcbur olub axırda düz yazalar.

Söhbət yazı növündən düşmüşkən, el arasında bir də "zoğallamaq" sözü yazmaq  mənasında işlənir, növünü isə gəlin özümüz izah edək. 
Görəsən, meyvə-tərəvəzi, xörəyi hərəkət üzərinə köçürmək söz qıtlığındandır, yoxsa izah edənin fikrini ifadə edə bilməməyindən irəli gəlir?
Bilirik ki, “zoğallamaq” kimi ifadə edilən söz kövşəmək sözündən törəyib, boşboğazlıq etmək mənasında işlənir, bəs niyə məhz zoğal? Bunu da öz qənaətimə uyğun açıqlayım: zoğal ağızbüzəndi, mənasız sözləri eşidəndə də adamlar ağız büzürlər, məncə, ona görə boş-boş danışmaq zoğallamaq sayılır.

Çox vaxt başdansovdu yazmağa da “zoğallamaq” deyirlər.

Şagird vaxtımın bir xatirəsi ilə əlaqədar az qalıram "zoğallamaq" sözünü riyazi termin hesab edim. 

Riyaziyyatı sevmirdim, könülsüz yazdığım misalı müəllim yoxlayandan sonra bəlli oldu ki, təkcə könülsüz yazmamışam, eyni zamanda, səhv yazmışam. Müəllim dilxor halda: bu nədi — dedi, – zoğallayıb getmisən.

Muncuq kimi yazmaq ifadəsi də var, bu, mətnin mahiyyətinə aid edilmir, onu yalnız estetik tərəfdən göstərir. Zoğallamaqsa birbaşa məzmuna güzgü tutur. Bir də ibtidai sinif müəlliməm səliqəsiz yazıb qara salanlara “kotanlamısan” deyirdi. Maraqlı bənzətmələri xatırladıqca gülümsəyirəm. Görəsən, müəllimlərimiz yazını qorumaq üçün belə ifadələr işlədirlər, yoxsa şagirdlərinin “meydana gətirdikləri” yeni “növ”ün adını qoyurlar? 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 Avqust 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see444

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see355

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see353

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see323

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see310

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see309

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see309

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see303

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see297

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see293

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see279

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see268

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see264

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see258

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see258

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see250

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see249

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri