İsmayıl Ağayev: Ermənistanın əsgərlərimizə işgəncə verməsi cinayət törətməsinin sübutudur
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
"Dumanlı hava şəraitində azaraq Ermənistan ərazisinə keçmiş əsgərlərimizə edilmiş işgəncələrə dair yayılan videogörüntülər bir daha Ermənistanın nəinki beynəlxalq konvensiyaların tələblərinə riayət etdiyini, həmçinin cinayət törətdiyini sübuta yetirir".
Bunu Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev söyləyib.
Onun sözlərinə görə, Azərbaycanın vətəndaş cəmiyyəti institutları bu məsələyə laqeyd qala bilməz: "Beynəlxalq ictimaiyyətin məsələyə birtərəfli yanaşması və ədalətsiz mövqeyinə qarşı çıxmalıyıq. Beynəlxalq ictimaiyyətin bu məsələlərdə birtərəfli mövqeyi bəzi hallarda susqun olmağımızdan qaynaqlanır. Ona görə də bir çox hallarda haqlı olduğumuz yerdə haqsız duruma düşürük. Ermənistan 44 günlük müharibə dövründə də dinc əhaliyə qarşı müxtəlif iriçaplı silahlardan, reaktiv yaylım atəş sistemlərindən atəş açaraq müharibə cinayətləri törədib. Bu günlərdə də həmin prosesin davamını görürük Buna qəti olaraq münasibət bildirməliyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 25 Oktyabr 2025 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















