İsmayıl Xəlilovdan İnam Kərimova şikayət ediləcək
Icma.az bildirir, Gununsesi portalına istinadən.
Bakı Ağır Cinayətlər Məhkəməsində “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” (İƏAM) insan hüquqları təşkilatının sədri, hüquq müdafiəçisi Fikrət Cəfərlinin açıq məhkəmə prosesini müşahidə etməsinə maneə yaradılıb.
Bu barədə Gununsesi.info-ya adıçəkilən qurumdan məlumat verilib.
Məlumata görə, Mərkəzin əməkdaşlarının peşə fəaliyyətlərini həyata keçirməsinə və açıq məhkəmə proseslərində müşahidə aparmasına şərait yaradılması ilə bağlı məhkəmənin sədri İsmayıl Xəlilova dəfələrlə müraciət edilib.
Bildirilib ki, müəyyən müddət ərzində yaradılan süni maneələr aradan qaldırılsa da, sonradan insan hüquqları təşkilatının mandatına uyğun olaraq məhkəmə proseslərində müşahidə aparmasına yenidən maneələr yaradılıb.
İƏAM hesab edir ki, açıq məhkəmə proseslərində müşahidə aparılmasına yaradılan bu maneələr əsassız və qanunsuzdur.
Mərkəzdən bildirilib ki, məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova müraciət ediləcək.
Günay Mahirqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 26 Avqust 2026 08:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















