Icma.az
close
up
RU
Məhkəmə jurnalistləri İnam Kərimova müraciət etdi

Məhkəmə jurnalistləri İnam Kərimova müraciət etdi

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Bir aydan çoxdur “Elektron məhkəmə” informasiya sistemi ilə bağlı yeni məhdudiyyətlər tətbiq edilib.

"Cebheinfo.az"  Musavat.com-a istinadən xəbər verir ki, hazırda sistemdə məhkəmə işləri üzrə tərəflərin adları göstərilmir.

Bu isə şəffaflığın pozulması ilə yanaşı, sistemdən mütəmadi istifadə edənlərin işini çətinləşdirir.

Məlumatların açıq olmaması səbəbindən media nümayəndələri məhkəmə işlərinin araşdırılması və ictimaiyyətə dəqiq məlumat çatdırılması istiqamətində ciddi maneələrlə üzləşirlər.

Problemin həlli məqsədilə bir qrup jurnalist Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova müraciət ünvanlayıblar.

Müraciətdə qeyd olunur ki, “Elektron məhkəmə” sistemi məhkəmə proseslərinin daha şəffaf və əlçatan olması üçün yaradılıb. Lakin hazırkı məhdudiyyətlər ictimai maraq doğuran işlərə dair məlumatların əldə edilməsinə əngəl yaradır.

Jurnalistlər məhkəmə sistemindəki islahatlar və müsbət dəyişikliklər fonunda bu kimi problemin yaranmasını düzgün hesab etmir, tezliklə həllini arzulayırlar.

Musavat.com-un əməkdaşı, jurnalist İlkin Muradov uzun illərdir məhkəmə proseslərini işıqlandırır.

EMS-də son məhdudiyyətlər onun da fəaliyyətinə təsir edir. Jurnalist artıq günün böyük hissəsini Bakı Ağır Cinayətlər Məhkəməsində keçirir. Amma bununla o, yalnız bir məhkəmədəki işlərdən məlumat toplayıb təqdim edə bilir.

İlkin Muradov deyir ki, Dünya Bankının maliyyəsi ilə yaradılmış elektron sistemin ictimaiyyət üçün yalnız adı qalıb:

“XXI əsrdə biz irəli getməkdən geri gedirik? Bu sistem yaradılarkən əsas məqsəd sistemin hər kəsə açıq olması, şəffaflığın daha da artırılması idi. Bir çox hallarda məhkəmə bildirişləri ünvana gec gəlib çatır. Belə olan halda “Elektron məhkəmə” sistemi önəmli rol oynayırdı. Jurnalistlər məhkəmə proseslərinin vaxtı və məkanı haqda məlumat əldə edə bilirdi. İndi bu, mümkünsüz olub.

Məhdudiyyətin səbəbi kimi xüsusilə kommersiya işləri ilə bağlı şirkətlərin şikayətlərini göstərirlər. Amma bu, əsas deyil. Bəzən də ayrı-ayrı şəxslər, xüsusilə də vəzifəli şəxslər məhkəmələrdə adlarının keçməsinin mətbuata çıxmasından narazı qalaraq şikayətlər edirlər.

Belə çıxır ki, hansısa şirkətin, vəzifəli şəxsin mənafeyi bütün cəmiyyətin mənafeyindən üstün tutulmamalıdır. Bu, mənim fikrimdir. Çünki “Elektron məhkəmə” sistemindən istifadəyə mədudiyyətin yaradılmasını izah etmək üçün başqa səbəb görmürəm.

Düşünürəm ki, məhkəmə şəffaflığı istiqamətində addımlar atmağa çalışıldığı bir məqamda bu qadağanın gətirilməsinin izahı ola bilməz”.

Tanınmış vəkil Cavad Cavadovun sözlərinə görə, “Elektron məhkəmə” sistemi hələ mövcud olmadığı vaxtlarda və hətta SSRİ dövründə belə məhkəmədə baxılan işlərin həftəlik siyahısı məhkəmələrin önünə hər kəsin görə biləcəyi lövhəyə vurulurdu:

“Diqqət yetirsək görərik ki, Cinayət Prosessual Məcəlləsinin 384.3 və 393.2. maddəsində elanlar lövhəsi anlayışı hələ də qalıb, harda ki, baxılan işlərlə bağlı məlumatlar, hətta nəticələr yerləşdirilməsi nəzərdə tutulub.

“Elektron məhkəmə” sisteminin yaranmasının səbəbi ədalət mühakiməsinə əlçatanlığın, şəffaflığın artırılmasına və ümumilikdə bu məlumatların internet vasitəsi ilə əldə edilməsinin asanlaşdırılmasına yönəlib.

Azərbaycan Respublikasının Konstitusiyasında da deyilir ki, məhkəmə iclasları açıq keçirilir, qapalı keçirilən iclaslar üçün məhdud əsaslar nəzərdə tutulub. Bu prinsip həmçinin Mülki Prosessual və Cinayət Prosessual Məcəlləsində də öz əksini tapıb.

Son dövrlər məlumatların bir-bir bu sistemdən yığışdırılması, son nəticədə isə baxılan işlərlə bağlı məlumatların çıxarılması təəssüf doğurur”.

Mövzu ilə bağlı aidiyyəti qurumların hansı addımlar atacağı hələlik məlum deyil. Məsələnin nə dərəcədə həll ediləcəyini isə qarşıdakı günlər göstərəcək.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Mart 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri