Icma.az
close
up
RU
İsmayıllıda ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun təmin olunması barədə danışılıb

İsmayıllıda ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun təmin olunması barədə danışılıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də İsmayıllı Rayon Prokurorluğunun inzibati binasında “Ətraf mühitin mühafizəsində hüquqi mexanizmlər və prokurorluğun rolu” mövzusunda seminar keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, seminarda ətraf rayonlarda fəaliyyət göstərən prokurorluq orqanlarının əməkdaşları, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və media subyektlərinin nümayəndələri, eləcə də ictimai fəallar iştirak ediblər.

Tədbirdə ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun təmin olunması, ekoloji hüquq pozuntularının qarşısının alınması, mövcud hüquqi mexanizmlərin səmərəli tətbiqi, prokurorluq orqanlarının bu sahədə fəaliyyəti, habelə aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Seminarı giriş sözü ilə açan İsmayıllı rayon prokuroru Tural Yusifov ətraf mühitin mühafizəsinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, ekoloji qanunvericiliyin tələblərinə əməl olunmasının, təbii sərvətlərdən qanuni və səmərəli istifadənin təmin edilməsinin, ətraf mühitə vurulan ziyanın qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində hüquqi tədbirlərin görülməsinin əhəmiyyətindən danışıb.

Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov ekoloji məsələlərin ictimaiyyətə çatdırılmasında medianın rolundan bəhs edərək, ətraf mühitin mühafizəsi sahəsində baş verən hüquq pozuntuları barədə məlumatların operativ, obyektiv və düzgün təqdim edilməsinin, media subyektləri ilə prokurorluq orqanları arasında səmərəli əməkdaşlığın və ekoloji maarifləndirmənin vacibliyini diqqətə çatdırıb.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Vüsal Süleymanov isə çıxışında ekoloji təhlükəsizliyin təmin olunması sahəsində cinayət təqibindən kənar prokuror nəzarətinin imkanlarına toxunaraq, ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının vaxtında müəyyən edilməsi, belə halların qarşısının alınması, ekoloji risklərin aradan qaldırılması və təbii sərvətlərdən istifadənin qanuniliyinin təmin olunması istiqamətində prokurorluğun həyata keçirdiyi tədbirlər barədə məlumat verib, bu sahədə aidiyyəti dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Seminar çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində hüquqi tənzimləmə, ekoloji qanun pozuntularının müəyyən edilməsi və hüquqi qiymətləndirilməsi, təbii sərvətlərdən istifadəyə dair tələblərin pozulması hallarının qarşısının alınması, həmçinin prokurorluq orqanlarının bu sahədə həyata keçirdiyi tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2026 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri