Icma.az
close
up
RU
İsmayıllıda aqrar müşavirə keçirilib

İsmayıllıda aqrar müşavirə keçirilib

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İyunun 12-də Dağlıq Şirvan iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı aidiyyatı dövlət qurumlarının nümayəndələri və fermerlərin iştirakı ilə regional müşavirə keçirilib.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və bu müstəvidə 25 may tarixində keçirilmiş müşavirənin mahiyyəti, bu istiqamətdə verilmiş tapşırıqlar, son illərdə ölkədə aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət dəstəyi mexanizmləri, suvarma infrastrukturunun və aqroparkların inkişafı, habelə ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində əldə edilmiş nəticələr barədə məlumat vermişdir. O, Dövlət Proqramının aqrar sektorun yeni inkişaf mərhələsini müəyyən etdiyini, proqramın əsas məqsədinin məhsuldarlığın artırılması, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi, emal və ixrac imkanlarının genişləndirilməsi, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafının təmin edilməsi olduğunu vurğulamışdır.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Dövlət Proqramının aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcəyini, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, idxaldan asılılığın azaldılmasına və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verəcəyini qeyd etmişdir. Dövlət Proqramı çərçivəsində müasir suvarma sistemləri tətbiq olunan sahələrin 130 min hektardan 300 min hektara çatdırılması, 22 rayon üzrə kombayn parkının 571 yeni kombaynla yenilənməsi, 84,9 min hektar sahədə lazer hamarlama texnologiyasının tətbiqi, intensiv bağçılığın genişləndirilməsi və buğda istehsalında məhsuldarlığın hədəf rayonlarda 50 sentnerə yüksəldilməsi nəzərdə tutulur. O, həmçinin 150 min ton əlavə taxıl silosu və 100 min ton əlavə soyuducu anbar tutumunun yaradılmasının, bu məqsədlə avadanlıqların dəyərinin 40 faizinin güzəşt hesabına, 40-50 faizinin isə kredit faiz subsidiyası mexanizmi vasitəsilə dəstəklənəcəyini diqqətə çatdırmışdır. Nazir müavini əlavə edib ki, proqram çərçivəsində süd istehsalının 11 faiz, mal və qoyun əti istehsalının isə 21 faiz artırılması, eləcə də bu məhsullar üzrə idxaldan asılılığın əhəmiyyətli dərəcədə azaldılması hədəflənir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov çıxışında Dağlıq Şirvan iqtisadi rayonunun aqrar inkişaf potensialının reallaşdırılmasında dayanıqlı su təminatının həlledici rol oynadığını vurğulayıb. O, regionda 53,5 min hektardan çox suvarılan sahənin mövcud olduğunu, suvarma infrastrukturunun modernləşdirilməsi, su itkilərinin azaldılması və müasir suvarma texnologiyalarının tətbiqi istiqamətində mühüm işlərin görüldüyünü bildirib. İlham Bayramov qeyd edib ki, həyata keçirilən strateji layihələr, xüsusilə Şirvan suvarma kanalının tikintisi, regionda kənd təsərrüfatı istehsalının genişlənməsinə, su təminatının yaxşılaşdırılmasına və Dövlət Proqramında nəzərdə tutulan hədəflərə nail olunmasına əhəmiyyətli töhfə verəcəkdir. O qeyd edib ki, layihə çərçivəsində respublikanın 9 rayonu üzrə 112 min hektar mövcud suvarma sahəsinin su təminatının yaxşılaşdırılması və 116 min hektar yeni torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulur. Bununla yanaşı, cari ildə Ağsu, İsmayıllı və Şamaxı rayonlarında 3,9 kilometr kanalın beton üzlüyə alınması və 3 subartezian quyusunun təmiri planlaşdırılır. İlham Bayramov vurğulayıb ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əsas istiqamətlərindən biri müasir və innovativ suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, rəqəmsal monitorinq və idarəetmə sistemlərinin qurulması, su uçotunun təkmilləşdirilməsi və su istifadəçiləri ilə əməkdaşlıq mexanizmlərinin gücləndirilməsidir.

Daha sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov çıxışında Dağlıq Şirvan iqtisadi rayonunun aqrar potensialından səmərəli istifadənin əhəmiyyətini vurğulamış, son illərdə rayonda kənd təsərrüfatının inkişafı istiqamətində əldə olunan nəticələr barədə məlumat vermişdir. O qeyd etmişdir ki, 2025-ci ildə rayonda 31 min hektar əkin sahəsindən 96 min ton taxıl məhsulu əldə edilmişdir. Həmçinin İvanovka kəndində 10 milyon manat investisiya dəyərinə malik süd emalı zavodunun inşasının regionun aqrar və emal potensialının gücləndirilməsinə mühüm töhfə verəcəyi bildirilmişdir. Çıxışda Dövlət Proqramında nəzərdə tutulan hədəflərə nail olunması üçün məhsuldarlığın artırılması, müasir suvarma sistemlərinin tətbiqi və dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanmışdır.

Daha sonra çıxış edən “Ağsu Aqropark” QSC-nin baş direktoru Atabala İsayev və “Şirvan Aqro” MMC-nin direktor müavini Kamran Süleymanov rəhbərlik etdikləri təsərrüfatların fəaliyyəti və inkişaf perspektivləri barədə məlumat vermişlər. Onlar Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatı sahəsində göstərdiyi diqqət və dövlət dəstəyinə görə təşəkkürlərini bildirərək proqramda nəzərdə tutulan dövlət dəstəklərinin təsərrüfatların genişləndirilməsi üçün əlavə imkanlar yaradacağını qeyd ediblər. Çıxış edənlər region fermerləri adından Dövlət Proqramında müəyyən edilmiş hədəflərin həyata keçirilməsinə fəal dəstək göstərəcəklərini və qarşıya qoyulan vəzifələrin icrasında üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirmək üçün səylərini daha da artıracaqlarını vurğulayıblar.

Müşavirənin yekununda Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov Dövlət Proqramında nəzərdə tutulan hədəflərə nail olunmasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əlaqələndirilmiş çevik və sistemli fəaliyyəti, eləcə də özəl sektorun fəal iştirakı ilə mümkün olacağını qeyd etmiş, fermerləri və sahibkarları ölkəyə idxal olunan məhsulların yerli istehsalının artırılması istiqamətində həyata keçirilən təşəbbüslərə qoşulmağa çağırmışdır .

Qeyd edilib ki, Dövlət Proqramının icrası Dağlıq Şirvan iqtisadi rayonunda taxılçılıq, meyvəçilik, bostançılıq və heyvandarlığın inkişafına, məhsuldarlığın yüksəldilməsinə, fermer təsərrüfatlarının dayanıqlığının artırılmasına və regionun aqrar potensialından daha səmərəli istifadə olunmasına mühüm töhfə verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 İyun 2026 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see273

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see267

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see264

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see259

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see247

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see245

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see244

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see239

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see238

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see232

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see231

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see219

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see215

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see214

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see201

Timatinin qızı böyük filmdə baş rol aldı: reper ittihamlara cavab verdi

05 Sentyabr 2026 23:43see196

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see195

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see191

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see178

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri