Icma.az
close
up
RU
İsmayıllının dəyişən siması KONKRET

İsmayıllının dəyişən siması KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Milli Mətbuat Günü ilə əlaqədar təşkil olunan mediaturda İsmayıllıya növbəti dəfə səfər edirdim. Təxminən 5-6 il əvvəl müxtəlif turistik məkanlarını ziyarət etdiyim bu rayonda ciddi yeniliklərlə qarşılaşacağımı heç düşünmürdüm. Lakin fikrimdə yanıldım, həmkarlarımla birlikdə dəvət aldığımız budəfəki turdan zəngin təəssüratlar və xoş xatirələrlə ayrıldım…

Rayona ayaq basdığımız ilk andan İsmayıllının füsunkar təbiəti ilə yanaşı, müasir şəhər mühiti, dinamik həyatı, abadlıq və quruculuq işləri, eləcə də turizm və sənaye potensialı diqqətimizi cəlb etdi.

Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun müşayiəti ilə Basqal qəsəbəsini, Buynuz, Qalacıq, İvanovka və Hacıhətəmli kəndlərini gəzərək maraqlı məlumatlar eşitdik, əhalinin rifahının yaxşılaşdırılması və məşğulluq səviyyəsinin artırılması istiqamətində görülən işlərlə yaxından tanış olduq.

Basqaldan başlayan marşrutumuz boyu qəsəbənin zəngin tarixi-mədəni irsinə göstərilən həssas münasibəti hər addımda hiss etdik. Buradakı tarixi bazar meydanının, hamam-muzeyin, Dambulu bulağının, 463 yaşlı qoca çinarın yüksək səviyyədə mühafizə olunması, ümumilikdə isə Basqalın tarixi görkəminin bərpa edilərək unikal turizm məkanına çevrilməsi xüsusi diqqət çəkirdi.

Ərazidə yerli sənətkarlar üçün yaradılan emalatxanalar basqallıların əsrlərdən bəri yaşatdıqları ənənələrin davam etdirildiyi sevimli ünvanlara çevrilib. Bu emalatxanalarda hazırlanan papaqlar, toxunan kəlağayılar, bişirilən milli şirniyyatlar qəsəbənin özünəməxsus xüsusiyyətlərini əks etdirməklə yanaşı, yerli əhalinin gəlir imkanlarının genişlənməsinə, turizmin inkişafına və qədim sənətkarlıq nümunələrinin gələcək nəsillərə ötürülməsinə əlverişli zəmin yaradır.

Basqaldan sonra İvanovka kəndinə üz tutduq. Uzun illərdir zəhmətkeşliyi, təsərrüfat ənənələri və əmək mədəniyyəti ilə seçilən bu yaşayış məntəqəsində sahibkarlığın inkişafı üçün yaradılan şəraitdən hamı razılıq edirdi.

Burada dövlətin dəstəyi ilə formalaşdırılan əlverişli biznes mühiti yerli sakinlərin iqtisadi fəallığının artmasına, yeni istehsal və xidmət sahələrinin yaranmasına təkan verib.

İvanovkada tanış olduğumuz xidmət obyektlərindən biri də OHİA İNN ailəvi istirahət məkanı oldu. Son illər rayonda turizm infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən layihələrin uğurlu nümunələrindən biri hesab olunan bu məkan təbiətin ecazkarlığını müasir xidmət standartları ilə ahəngdar şəkildə bir araya gətirir. Amerikalı tədaüqçü ailənin 2020-ci ildə yaşıllıqlar qoynunda yaratdığı bu kompleks rayona üz tutan yerli və xarici turistlərə son dərəcə rahat, sakit və səliqəli bir mühit bəxş edir.

Səfər çərçivəsində “Chabiant” milli brendinin istehsal olunduğu “İsmayıllı Şərab-2” zavoduna da baş çəkdik. Azərbaycanın zəngin üzümçülük və şərabçılıq ənənələrini müasir istehsal texnologiyaları ilə birləşdirən bu müəssisə ölkənin ən nüfuzlu şərab istehsalçılarından biri kimi tanınır.

Müəssisənin əsas üstünlüklərindən biri Böyük Qafqazın cənub yamaclarında, dəniz səviyyəsindən təxminən 750 metr yüksəklikdə yerləşən 250 hektara yaxın üzüm bağlarıdır. Burada yetişdirilən üzüm sortları əlverişli iqlim şəraiti və zəngin torpaq xüsusiyyətləri sayəsində yüksək keyfiyyət göstəriciləri ilə seçilir. Zavod həm yerli üzüm sortlarından hazırlanan mono-sort şərablar, həm də Avropa üzüm növləri əsasında müxtəlif çeşidli məhsullar istehsal edir.

Üzümlərin xüsusi qaydada seçilərək yığılması, müasir fermentasiya üsullarının tətbiqi və peşəkar mütəxəssislərin iştirakı ilə həyata keçirilən istehsal prosesi “Chabiant” məhsullarının keyfiyyətinin əsasını təşkil edir.

Müəssisənin digər üstünlüklərindən biri isə turistlər üçün yaradılan imkanlardır. Burada fəaliyyət göstərən qonaq evi və dequstasiya məkanları ziyarətçilərə həm şərab nümunələrini dadmaq, həm də istehsal prosesi və şərab mədəniyyəti ilə yaxından tanış olmağa şərait yaradır. Bizə məlumat verildi ki, “Chabiant” öz məhsullarını daha çox xarici bazarlara ixrac edərək Azərbaycanın şərabçılıq potensialnı dünyada tanıdır.

Ümumilikdə, birgünlük mediatur çərçivəsində İsmayıllıda gördüklərimiz belə bir qənaət yaratdı ki, rayon özünün zəngin tarixi-mədəni irsini, əlverişli təbiət imkanlarını və müasir inkişaf tendensiyalarını uğurla birləşdirən mühüm turizm və iqtisadi mərkəzlərdən birinə çevrilir. İsmayıllı bu gün yalnız gözoxşayan təbiəti ilə deyil, qorunan milli dəyərləri, inkişaf edən sahibkarlıq mühiti və qonaqpərvər insanları sayəsində Azərbaycanın uğurlu inkişaf modelini nümayiş etdirən rayonlardan biridir. Ölkəmizin hər bir bölgəsində olduğu kimi, İsmayıllıda da keçmişlə gələcəyin vəhdətini qoruyaraq yeni inkişaf salnaməsi yazan bütün cavabdeh şəxslərə dərin təşəkkürlər!

Sevinc Paşayeva,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 İyul 2026 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri