İS.M.M MMC daha bir tender qazandı Bərdədən sonra Şabrandan 445 min manatlıq sifariş
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Şabran Rayon İcra Hakimiyyəti şəhərdə yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb.
Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi “İS.M.M” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Satınalma müqaviləsinin maliyyə dəyəri 445 433,48 manat təşkil edir.
Maraqlıdır ki, bu, “İS.M.M” MMC-nin cari ildə qazandığı üçüncü tenderdir. Şirkət bundan əvvəl Bərdə Rayon İcra Hakimiyyətinin keçirdiyi iki satınalma müsabiqəsində də qalib gəlib.
Ötən ay Bərdə şəhərində büdcədənkənar vəsait hesabına yolların cari təmiri işlərinin satın alınması üzrə 123 558,04 manatlıq tender “İS.M.M” MMC-yə həvalə edilib. Oktyabrın 27-də isə şirkət Bərdə şəhərində yolların əsaslı təmiri işlərinin satın alınması üzrə 482 432,22 manatlıq tenderin qalibi olub.
Beləliklə, şirkətin cari ildə Şabran və Bərdə rayonlarında əldə etdiyi üç tenderin ümumi maliyyə dəyəri 1 milyon 51 min 423,74 manata çatıb.
“İS.M.M” MMC ötən il də dövlət satınalmalarında fəallığı ilə seçilib. Şirkət 2025-ci ilin mart ayında Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran Şəhər Nümayəndəliyinin 105 947,19 manatlıq, aprel ayında Gədəbəy Rayon İcra Hakimiyyətinin 309 246,14 manatlıq, avqust ayında Lənkəran Şəhər İcra Hakimiyyətinin 933 227,27 manatlıq, Siyəzən Rayon İcra Hakimiyyətinin 550 002,10 manatlıq və Sumqayıt Şəhər MKTİB-nin 636 121,95 manatlıq tenderlərini qazanıb.
Sentyabr ayında Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Hacı Zeynalabdin Tağıyev qəsəbəsi üzrə nümayəndəliyinin 154 645,42 manatlıq, oktyabr ayında isə Şabran Şəhər Nümayəndəliyinin 327 750,02 manatlıq satınalma müsabiqəsinin qalibi olub.
Bundan başqa, şirkət Qaradağ Rayon İcra Hakimiyyətinin yolların əsaslı təmiri və abadlıq işləri üzrə 417 406,77 manatlıq tenderini də qazanıb. Sumqayıt Şəhər MKTİB və Lənkəran Şəhər İşıqlandırma Müəssisəsinin keçirdiyi tenderlər üzrə satınalma müqavilələrinin ümumi dəyəri isə 2 milyon 190 min 355,02 manat təşkil edib.
Şirkət dövlət satınalmalarında ardıcıl olaraq qalib seçilsə də, onun fəaliyyəti və maddi-texniki imkanları barədə açıq mənbələrdə ətraflı məlumat yoxdur. Müxtəlif bölgələrdə yol təmiri və abadlıq işləri üzrə iri məbləğli sifarişlər alan müəssisənin bu layihələri icra etmək üçün hansı texniki bazaya və resurslara malik olduğu barədə məlumatlar da ictimaiyyətə açıqlanmayıb.
Açıq reyestr məlumatlarına əsasən, “İS.M.M” MMC 30 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 milyon 897 min 170 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15-dir. MMC-nin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.
Nadir Xudiyev eyni zamanda “RASH.M.M Trade and Services-2020” MMC-nin də qanuni təmsilçisidir. Həmin şirkət 26 noyabr 2013-cü ildə qeydiyyata alınıb və nizamnamə kapitalı 406 939 manatdır.
Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovdur. O, 2019-cu ildən bu vəzifədədir. Asif Hüseynov Şabrandan əvvəl Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 20 Noyabr 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















