İspaniya Çempionlar Liqasında əlavə yer qazandı 5 komanda…
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Növbəti mövsüm Çempionlar Liqasında İspaniyanın 5 klubu mübarizə aparacaq.
QOL.az xəbər verir ki, bu, ötən gecə Avropa iqasının 1/4 finalının cavab oyunlarından sonra dəqiqləşib.
"Latsio" "Budo Qlimt"ə penaltilər seriyasında uduzub və mübarizəni dayandırıb. Bu da İspaniyaya Avropa Liqasında əlavə yer verib.
Belə ki, İspaniya 23,250 əmsalla UEFA reytinqində 2-ci, İtaliya isə 21,187 əmsalla 3-cüdür. Cari avrokubok mövsümündə “İnter” və “Fiorentina”nın gələcək çıxışlarından asılı olmayaraq, İtaliya İspaniyanı ötə bilməyəcək.
Bu mövsüm İspaniya təmsilçilərindən "Barselona" (Çempionlar Liqası), "Atletik" (Avropa Liqası) və "Betis" (Konfrans Liqası) avrokubokların yarımfinallarına yüksəliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 18 Aprel 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















