Icma.az
close
up
RU
Çempionlar Liqasında əlavə bir yer də qazandılar 5 komanda…

Çempionlar Liqasında əlavə bir yer də qazandılar 5 komanda…

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

2025/26 mövsümü Çempionlar Liqasında İngiltərə ən azı 5 komanda ilə təmsil olunacaq.

QOL.az xəbər verir ki, dünən ÇL-in 1/4 final mərhələsinin ilk matçında London “Arsenal”ı “Real”a qalib gəlib - 3:0. Bununla da İngiltərənin cari mövsüm UEFA reytinq sıralamasını ən azı ilk 2 yerdə başa vuracağı qətiləşib. Yeni qaydalara əsasən, mövsümü reytinqdə ilk 2 yerdə başa vuran ölkələr qarşıdakı mövsüm üçün Çempionlar Liqasında əlavə 1 yer də qazanır.

Hazırda UEFA reytinqində birinci yeri İngiltərə, sonrakı iki pilləni İtaliya və İspaniya tutur.

Beləliklə, İngiltərə Premyer Liqasında bu mövsüm 5-ci yeri tutacaq komanda da yeni mövsümdə Çempionlar Liqasının Liqa mərhələsində birbaşa iştirak hüququ əldə edəcək. 

Bundan əlavə, elə bir ssenari də mümkündür ki, növbəti mövsüm Çempionlar Liqasında İngiltərəni hətta yeddi klub təmsil etsin. Bunun üçün “Aston Villa”nın Çempionlar Liqasını qazanması, lakin Premyer Liqada ilk 5-likdə yer almaması lazımdır. Bundan başqa, “Mançester Yunayted” və ya “Tottenhem” Avropa Liqasının qalibi olmalı və cari mövsümün sonunda İngiltərə Premyer Liqasının ilk beşliyində qərarlaşmamalıdır.

Hazırda Premyer Liqanın ilk beşliyi belədir: “Liverpul” (73 xal), “Arsenal” (62), “Nottingem Forest” (57), “Çelsi” (53), “Nyukasl” (53).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://qol.az
archiveBu xəbər 09 Aprel 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri