Icma.az
close
up
RU
Çempionlar Liqasında əlavə yerlər bu klublara verildi

Çempionlar Liqasında əlavə yerlər bu klublara verildi

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Çempionlar Liqasında əlavə yerlər bu klublara verildi

Növbəti mövsüm üçün UEFA-nın avrokubok nəticələrinə görə əlavə vəsiqələr İngiltərə və İspaniyaya verilib.

QOL.az bu haqda UEFA-nın saytına istinadən xəbər verir.

Qeyd edilir ki, İngiltərə və İspaniya 2025/26 mövsümünün yekunlarına əsasən assosiasiyalar reytinqində ilk iki yeri tutub və bunun nəticəsində UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün əsas mərhələsinə hər biri əlavə bir vəsiqə əldə edib.

Avrokubok nəticələrinə görə verilən əlavə vəsiqələr nədir?

Avropa klub turnirlərinin yeni formatına keçiddən sonra əvvəlki iki mövsümdə olduğu kimi, 2026/27 mövsümündə də avrokubok nəticələrinə görə iki əlavə vəsiqə 2025/26 mövsümündə kişi avrokuboklarında ən yüksək orta göstəriciyə malik iki assosiasiyaya verildi. Bu göstərici assosiasiyanın mövsüm üzrə klub əmsalı əsasında hesablanır (mövsüm ərzində qazanılmış ümumi xalların həmin assosiasiyanı təmsil edən klubların sayına bölünməsi).

Bu iki assosiasiya Çempionlar Liqasının əsas mərhələsinə ölkə çempionatında birbaşa vəsiqə qazanan komandalardan dərhal sonra yer alan bir klub göndərir.

Hansı assosiasiyalar əlavə vəsiqə qazanıb?

2025/26 mövsümünün nəticələrinə görə assosiasiyalar reytinqində ilk iki yeri İngiltərə və İspaniya tutub. Bununla da hər iki ölkə əsas mərhələ üçün bir əlavə vəsiqə əldə edib.

Müqayisə üçün qeyd edək ki, Azərbaycan 2025/26 mövsümündə qazandığı xallara görə yalnız 21-ci yeri tuta bilib. Son  5 mövsümün nəticələrinə əsasən isə ölkəmiz ilk onluqdan uzaqdakı 27-ci yerdədir (22,937 əmsal).

2025/26 mövsümündə assosiasiyaların klub əmsalı

1. İngiltərə — 258,125 xal / 9 klub = orta hesabla 28,680 xal
2. İspaniya — 176,750 xal / 8 klub = orta hesabla 22,093 xal

Hansı klublar əlavə vəsiqə qazanıb?

İngiltərə və İspaniya 2026/27 mövsümündə əsas mərhələ üçün dörd birbaşa vəsiqəyə malikdir. Bu səbəbdən Premyer Liqada və La Liqada 5-ci yeri tutan komandalar "Liverpul" və "Betis" də turnirə birbaşa vəsiqə qazanıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://qol.az
archiveBu xəbər 02 İyun 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see293

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see282

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see279

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see274

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see274

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see269

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see260

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see259

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see253

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see252

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see234

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see229

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see228

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see228

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see225

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see217

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see216

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see213

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri