Icma.az
close
up
RU
İspaniya İsrailə qarşı tam silah embarqosu tətbiq etdi

İspaniya İsrailə qarşı tam silah embarqosu tətbiq etdi

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

İspaniyanın solçu koalisiya hökuməti İsrailə qarşı tam silah embarqosunu təsdiqləyib.

Turkustan.az xəbər verir ki, nazirlər Şurasının növbəti həftəlik iclasında qəbul edilən kral fərmanı ilə İsrailə yönəlik sanksiyalar paketi genişləndirilib.

İspaniyanın İqtisadiyyat, Ticarət və Korporasiyalar naziri Karlos Kuerpo keçirdiyi mətbuat konfransında bildirib ki, İsrailə qarşı total silah embarqosu ilə bağlı kral fərmanı artıq qüvvəyə minib. Fərmana əsasən, bütün müdafiə avadanlığı, ikili təyinatlı məhsullar və texnologiyaların İsrailə ixracı və idxalı qadağan edilir.

Nazir Cuerpo bu addımı “Qəzzada soyqırıma qarşı və Fələstin xalqına dəstək” məqsədi daşıyan siyasi qərar kimi xarakterizə edərək, bunu hökumətin, İspaniya dövlətinin və Baş nazir Pedro Sançesin insan hüquqlarına bağlılığının bir göstəricisi kimi qiymətləndirib.

Sanksiyalar paketinə əlavə olaraq, İsraillə əlaqəli hərbi potensiala malik təyyarə yanacağının tranziti üçün edilən müraciətlərin rədd ediləcəyi, eləcə də işğal olunmuş Fələstin ərazilərindəki qeyri-qanuni məskunlaşmalardan əldə edilən məhsulların idxalı və reklamının qadağan ediləcəyi də açıqlanıb.

Cuerpo bu tədbirlərin İspaniya iqtisadiyyatına ciddi təsir etməyəcəyini, lakin bölgədəki İsrail şirkətlərinə daha böyük təsir göstərə biləcəyini bildirib. “Bu addımlar Qəzzada soyqırımı dayandırmaq və İsrailə qarşı beynəlxalq siyasi təzyiqi artırmaq məqsədi daşıyır,” – deyə o vurğulayıb.

Nazir, həmçinin qeyd edib ki, hökumət İsrailə qarşı tətbiq edilən sanksiyalarla bağlı qərarları hər üç aydan bir ictimaiyyətə açıqlayacaq. O, çıxışında həmçinin İsrailin Qəzzadakı hərbi əməliyyatlarını qınamağa davam etdiklərini və eyni zamanda Həmasdan girovları dərhal azad etməsini tələb etdiklərini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Sentyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri