İspaniya İsrailin silah şirkəti ilə 700 milyon avroluq müqaviləni ləğv edib
Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ləğv edilən müqavilə 12 SILAM raket kompleksini almasını nəzərdə tuturdu
İspaniya hökuməti Madridin Qəzzada humanitar vəziyyətə etiraz etmək üçün atdığı addımlar fonunda İsrail istehsalı olan raket buraxılış qurğularının tədarükü üçün təxminən 700 milyon avro dəyərində müqaviləni ləğv edib.
AYNA.AZ “Eurointegration.com.ua”ya istinadən xəbər verir ki, ispan şirkətlərinin konsorsiumu ilə bağlanan müqavilə İspaniyanın İsrailin “Elbit Systems” qrupunun “Puls” sistemi əsasında hazırlanmış 12 SILAM raket kompleksini almasını nəzərdə tuturdu.
Onun ləğvi 9 sentyabr tarixli sənəddə İspaniyanın dövlət satınalma platformasında qeyd edilib.
Elə həmin gün Madrid daha bir müqaviləni ləğv edib. Söhbət İsrail şirkətinin lisenziyası əsasında İspaniyada istehsal edilməli olan 168 tank əleyhinə raket buraxılış qurğusunun alınmasını nəzərdə tutan 287,5 milyon avro dəyərində müqavilədən gedir. Bu, hələ iyun ayında elan edilmişdi.


