Icma.az
close
up
RU
İspaniya Superkubokunda məşq: “Barselona” və “Real” rəqibləri ilə üç tur əvvəldən qarşılaşacaqlar in TƏHLİLİ

İspaniya Superkubokunda məşq: “Barselona” və “Real” rəqibləri ilə üç tur əvvəldən qarşılaşacaqlar in TƏHLİLİ

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniya La Liqasında qeyri-adi vəziyyət yaranıb: çempionatın təqvimi rəsmi olaraq XV turda olsa da, XIX turun iki oyunu indidən keçiriləcək.

İdman.Biz-in məlumatına görə, səbəb sadədir - “Barselona”, “Atletiko”, “Atletik” və Madrid “Real”ı yanvar ayında İspaniya Superkubokunda iştirak edəcək, buna görə də həmin komandaların oyunları əvvəlcədən təqvimdən ayrılıb.

Bu, qarşıdakı görüşləri xüsusi maraqlı edir: onlar indidən turnir cədvəlinə təsir göstərir, halbuki yanvara qədər komandaların durumu tamamilə dəyişmiş olacaq. Bu matçlar eyni zamanda Superkubok ərəfəsində bir növ “məşq” kimi də qiymətləndirilə bilər.

“Barselona” - “Atletiko” (2 dekabr, Bakı vaxtı ilə 23:59)

XIV turdan sonra “Barselona” 34 xalla liderliyə yüksəlib və “Real”ın xal itkisi ilə fürsətdən yararlanıb. “Atletiko” 31 xalla dördüncü pillədədir. Kataloniyalıların ciddi kadr problemi var: ter Ştegen, Arauxo, Qavi və Fermin Lopes zədəlidir - bu, həm müdafiəyə, həm də yarımmüdafiəyə ciddi təsir göstərib. “Atletiko”da Markos Lorente oynaya bilməyəcək, Robin Le Normanın iştirakı isə sual altındadır.

Hansi Flik mətbuat konfransında komandanın oyununda eniş-yoxuşların olduğunu etiraf edib və xüsusilə müdafiədə sabitlik əldə etməyin vacibliyini vurğulayıb. O, qarşıdakı qarşılaşmanı liderliyi möhkəmləndirmək üçün şans adlandırıb.

Dieqo Simeone isə əksinə, “Barselona”ya çoxlu təriflər yağdırıb, komandanın “inanılmaz hücumu”nu və güclü fərdi keyfiyyətlərini xüsusi qeyd edib. Eyni zamanda o vurğulayıb ki, “Atletiko” yaxşı formadadır və “oyunu özünə sərf edən məcraya yönəltməyə” çalışacaq.

“Atletik” - “Real” (3 dekabr, 22:00, Bakı vaxtı ilə)

Ötən həftəsonu Xabi Alonsonun komandası autsayderlərdən biri olan “Jirona” ilə heç-heçə oynayaraq (1:1) liderliyi əldən verdi. Bu, madridlilərin ardıcıl üçüncü heç-heçəsidir və komandanın ideal formada olmadığını göstərir. “Qarabağ”ın keçmiş rəqibi “Atletik” 20 xalla səkkizinci yerdədir və istənilən grandla rəqabət apara biləcək gücdədir.

Basklarda heyətlə bağlı yaxşı xəbərlər var: Qalarrreta və Laport oyuna hazırdır, Yurinin durumu isə qeyri-müəyyəndir.

“Real”da da müdafiə xətti tədricən bərpa olunur - Rudiger və Militao məşqlərə qayıdıb. Bununla belə, İspaniya mediası komandanın hələ də heyət dərinliyi problemi yaşadığını bildirir. Bu isə sıx oyun qrafiki və ardıcıl səfərlər fonunda daha da hiss olunur.

Xabi Alonso komandanın vahid məqsəddə olduğunu vurğulayır və mövsümün sonuna qədər bütün titullar uğrunda mübarizə aparmaq niyyətində olduqlarını bildirir. “Jirona” ilə oyundan sonra o etiraf edib ki, “Real” epizodların realizasiyasında dəqiqlik çatışmazlığı yaşayıb və komandanın yenidən qələbə seriyasına qayıtmasının vacibliyini qeyd edib.

Teymur Tuşiyev

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Dekabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see252

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see210

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see201

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see192

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see186

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see176

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see154

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see154

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see153

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see153

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see145

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see141

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see141

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see139

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see139

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see137

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see135

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see134

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri