İspaniyada çempionatında həyəcanlı anlar: Futbolçular hakimin həyatını xilas etdilər
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
İspaniyanın altıncı divizionunun oyunlarından birində qeyri-adi vəziyyət yaranıb.
Fanat.Az xəbər verir ki, Madriddə keçirilən "Aqilyas" - "Altsola" matçının gedişində oyunun hakimi infarkt keçirib.
Bu barədə "El Confidencial" məlumat yayıb. Xəbərə görə, matçın ortalarında qarşılaşmanı idarə edən 29 yaşlı hakimin ürəyi dayanıb və yerə yıxılıb.
Bu zaman bir neçə futbolçu onun köməyinə qaçıb və tibbi personal çatıb defibrillyatorla müdaxilə edənə qədər ürək masajı həyata keçiriblər.
Xoşbəxtlikdən, hakimin nəbzi və huşu bərpa edilib və o, Madriddəki "Qreqorio Maranyon" xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin sabit olduğu və həyati təhlükəsinin qalmadığı bildirilir. Həkimlər adı açıqlanmayan hakimin həyatının xilas edilməsində əsas amil kimi məhz futbolçuların müdaxiləsini qabardıblar.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 12 Fevral 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















