Icma.az
close
up
RU
İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Berlin, 7 avqust, AZƏRTAC

Avropa İttifaqının Polis Xidmətinin dəstəyi ilə İspaniyanın rəhbərlik etdiyi beynəlxalq əməliyyat nəticəsində Qərbi Aralıq dənizi marşrutu üzrə narkotik, silah və miqrant qaçaqmalçılığı ilə məşğul olan ən iri cinayət şəbəkələrindən biri zərərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, “Europol”un məlumatına görə, əməliyyat zamanı İspaniya və Əlcəzairdə xüsusi əhəmiyyətli 3 şübhəli daxil olmaqla 78 nəfərin saxlanıldığı bildirilib. İspaniyada hüquq-mühafizə orqanları 18 sürətli qayıq, 15 min MDMA həbi, 61 kiloqram həşiş, 500 qram kokain, odlu silah, döyüş sursatı, 25 min avrodan çox nağd pul, eləcə də peyk rabitəsi və şifrələnmiş kommunikasiya avadanlıqları müsadirə edib.

Məlumata görə, əsasən əlcəzairəsilli şəxslərdən ibarət şəbəkə İspaniya və Portuqaliyadan Əlcəzairə sintetik narkotik vasitələr, silah və partlayıcı maddələr, əks istiqamətdə isə miqrantlar, həşiş və silah daşıyıb. Miqrantların qanunsuz daşınmasına görə hər bir şəxsdən 12 min avroyadək ödəniş alınıb. Təkcə bu fəaliyyətdən əldə edilən gəlirin 24 milyon avrodan çox olduğu bildirilir.

Qeyd edək ki, ötən həftə İspaniyanın Seuta bölgəsinə kütləvi miqrant axını Avropada ciddi narahatlığa səbəb olmuşdu. İspaniyanın Baş naziri Pedro Sançez hadisə ilə bağlı açıqlamasında qanunsuz miqrantlarına daşınması ilə məşğul olan cinayətkar qruplaşmalara qarşı sərt mübarizə aparılacağını açıqlamışdı. Avropa İttifaqına üzv ölkələrin daxili işlər nazirlərinin də iştirakı ilə keçirilən videokonfransda da bu məsələ xüsusilə diqqət mərkəzində saxlanılmışdı.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2026 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri