Icma.az
close
up
RU
İspaniyada narkotacirlərin ən böyük kölgə bank şəbəkəsi ifşa edilib

İspaniyada narkotacirlərin ən böyük kölgə bank şəbəkəsi ifşa edilib

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniya polisi Avropolla birlikdə Avropanın iri kokain alverçilərinə xidmət göstərən beynəlxalq kölgə bank şəbəkəsini ləğv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Agentliyin məlumatına görə, cinayətkar təşkilat narkotik tədarükünü maliyyələşdirib, pulları bank sistemindən yan keçməklə xaricə köçürüb, gəlirləri yuyub və hesablaşmalar üçün kriptovalyutadan istifadə edib.

Beş il davam edən beynəlxalq istintaq çərçivəsində 21 şübhəli saxlanılıb. İspaniyada 14 nəfər həbs edilib, qalanları isə BƏƏ, Misir, Niderland və İsveçdə saxlanılıb. Daha 12 şübhəli azadlıqdadır. Saxlanılanlar arasında istintaqın əməliyyatın əsas hədəflərindən biri hesab etdiyi kölgə maliyyə şəbəkəsinin əsas iştirakçısı da var.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin təxminən 20 milyon avro məbləğində aktivləri bloklayıblar. Onların arasında 2,3 milyon avro olan 121 bank hesabı, dəyəri 14 milyon avrodan çox olan 48 daşınmaz əmlak obyekti və dəyəri 1,6 milyon avrodan çox olan lüks sinif avtomobilləri var.

İstintaq 2021-ci ildə göyərtəsində 1,84 ton kokain olan "Nehir" gəmisinin ələ keçirilməsindən sonra başlayıb. Qaçaqmalçılar 1,65 ton ağırlığında daha bir narkotik partiyasını gizlətməyə çalışaraq gəmini qəsdən Xixon limanında batırıblar. İşin araşdırılması müstəntiqlərə beynəlxalq gizli maliyyə şəbəkəsinin izinə düşməyə imkan verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Sentyabr 2026 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see290

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see285

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see248

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see234

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see232

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see231

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see230

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see229

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see221

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see219

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see215

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see212

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see204

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see195

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see191

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see191

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see186

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see185

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri