İspaniyadakı qatar qəzasının səbəbi bəlli oldu
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İspaniyada 64 nəfərin ölümü ilə nəticələnən dəhşətli dəmir yolu qəzası kompüter sistemindəki nasazlıq və dispetçer səhvi səbəbindən baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniyanın nəqliyyat naziri Oskar Puente “RTVE” telekanalına açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, texniki xəta səbəbindən yüksəksürətli qatarların idarəolunmasına cavabdeh olan LZB təhlükəsizlik sistemi sıradan çıxıb:
“Hadisə anında sözügedən ərazidə xətt üzərində dayanan altı qatar olub. Faciə dispetçer mərkəzinin “Renfe” şirkətinə məxsus qatara hərəkət icazəsi verməsindən sonra baş verib və nəticədə həmin qatar “Iryo” şirkətinin dayanan qatarına çırpılıb”.
Oskar Puente qəzaya “Renfe” maşinistinə verilən yanlış dispetçer qərarının səbəb olduğunu təsdiqləyib. Lakin nazir digər qatarların dayandığı bir vaxtda həmin heyətə niyə hərəkət icazəsi verilməsinə aydınlıq gətirə bilməyib və sistemdəki nasazlığın dəqiq səbəbini açıqlamayıb.
Xatırladaq ki, oktyabrın 28-i səhər saatlarında Toledo əyalətində Madriddən Sevilyaya gedən “Renfe” şirkətinə məxsus AVE sürət qatarı yolda dayanmış “Iryo” özəl daşıyıcısının qatarına çırpılıb. Qəza nəticəsində bir neçə vaqon relsdən çıxaraq bənddən aşıb, 64 nəfər həlak olub, 179-dan çox insan yaralanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 28 Oktyabr 2026 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















