İspaniyaya 72 min qanunsuz miqrant keçib
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İyulun sonundan etibarən azı 72 min qanunsuz miqrant Mərakeşin Fenidek sahillərindən İspaniyanın Seuta şəhərinə daxil olub.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska Avropa İttifaqı (Aİ) ölkələrinin DİN rəhbərlərinin görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, həmin şəxslərdən təxminən 70 min nəfəri Mərakeşə geri qayıdıb.
Yerli mətbuat İspaniya ərazisinə keçməyə çalışarkən həlak olanların sayının 75 nəfərə çatdığını açıqlayıb.
Qeyd edək ki, iyulun 30-da Mərakeşin Fenidek sahillərindən on minlərlə miqrant İspaniyaya məxsus Seuta və Melilya anklavlarına üzərək və ya piyada keçməyə cəhd edib. Bundan sonra İspaniya hökuməti bölgəyə əlavə hərbi qüvvələr göndərərək sərhəd təhlükəsizliyini gücləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 04 Avqust 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















