İsrail ABŞ ın mümkün İran hücumuna hazırlaşır: Ordu hazırlıq səviyyəsini yüksəldib
Icma.az, Sherg.az saytına istinadən bildirir.
İsrail ordusunun Şimal Cəbhəsi Komandanı general-mayor Rafi Milo bildirib ki, ABŞ-ın İrana mümkün hücumu Tehran rəhbərliyinin cavab zərbələrinə səbəb ola biləcəyi üçün İsrail ordusu bütün cəbhələrdə hazırlıq aparır. Trampın İrana doğru hərəkət edən böyük Amerika donanması barədə açıqlamasından sonra bölgədə gərginlik artmaqda davam edir.
Sherg.az xəbər verir ki, Kanal 12 televiziyasına danışan general-mayor Rafi Milo ABŞ-ın İrana hücum ehtimalı fonunda İsrail ordusunun gördüyü tədbirlərə toxunub.
Milo, “Amerikalıların həm Fars körfəzinə, həm də ümumilikdə Yaxın Şərqə hərbi səfərbərlik elan etdiyini görürük”, - deyə bildirib.
“Bu prosesin hara gedəcəyini bilmirik”, - deyən Milo vurğulayıb ki, Vaşinqtonun Tehrana hücumu halında bunun İsrailə də təsir göstərə və İranın cavabının İsrail üzərindən gəlməsi ehtimalı mövcuddur.
İsrailli general Hizbullahın daha geniş qarşıdurmaya qoşulub-qoşulmayacağının yaxından izlənildiyini qeyd edərək, “Çox diqqətliyik, hazırıq və həm güclü müdafiə, həm də hücum hazırlıqları görürük”, - deyə əlavə edib.
Türkiyə və Qətərin regional balanslar baxımından “böyük problem” yaratdığını iddia edən Milo, Suriyadakı vəziyyətin “mürəkkəb və çətin” olduğunu, İsrail ordusunun cənubunda işğalı davam etdirdiyi Suriya ərazilərində hücumlarını davam etdirəcəyini bildirib.
İsrail Ordusunun sözçüsü Effi Defrin isə sosial şəbəkədəki paylaşımında ABŞ-ın mümkün İran hücumuna işarə edərək, İsrail ordusunun həftə ərzində bütün sahələrdə baş verə biləcək vəziyyətlərə qarşı hazırlıq səviyyəsini yüksəltməyə fokuslandığını açıqlayıb.
Amerikanın Axios xəbər platformasının ABŞ-lı rəsmilərə istinadla verdiyi məlumata görə, Tramp ötən həftə Ağ Evdə keçirilən İran toplantısından əvvəl bu ölkəyə qarşı hücum əmri verməyə hazır olub.
Məqalədə adı açıqlanmayan ABŞ-lı rəsmi vəziyyətin ciddiliyini belə təsvir edib: “Həqiqətən çox yaxın idi. Ordu çox sürətlə hərəkətə keçməyə hazır idi. Lakin həmin əmr heç vaxt verilmədi”.
Rəsmi bildirib ki, çərşənbə axşamı keçirilən toplantıdan əvvəl İsrail, Səudiyyə Ərəbistanı və iranlı rəsmilərlə aparılan diplomatik təmasların nəticələri müzakirə edilib və bölgədəki ABŞ müttəfiqlərinin mümkün hücuma soyuq yanaşdıqları Trampa çatdırılıb.
Həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu Trampa “İsrailin İranın cavab zərbələrinə hazır olmadığını” və “təklif olunan ABŞ planının kifayət qədər güclü olmadığını” söyləyib. Eyni şəkildə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın da bu məsələ ilə bağlı dərin narahatlıqlarını ifadə etdiyi qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 26 Yanvar 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















