İsrail Azərbaycana yardım TƏKLİF ETDİ
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrailin Azərbaycandakı səfiri Corc Dik Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alanların ailələrinə başsağlığı verib.
Modern.az xəbər verir ki, bu barədə səfirin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin bu gün qəzaya uğraması xəbəri bizi sarsıtdı və dərindən kədərləndirdi. Sağ qalanların sağalması üçün dua edirik. İsrail xalqı adından yaxınlarını itirən ailələrə səmimi qəlbdən başsağlığı veririk. İsrail səfirliyi müvafiq qurumlarla təmasdadır və biz hər cür lazımi yardım göstərməyə hazırıq. Həlak olanların ruhu şad olsun", - səfir qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 25 Dekabr 2024 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















