Icma.az
close
up
RU
İsrail beynəlxalq yardım gəmisinə hücum etdi

İsrail beynəlxalq yardım gəmisinə hücum etdi

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Malta sahillərində Qəzzaya humanitar yardım daşıyan mülki gəmiyə dronlarla hücum edilib.

Bakupost.az Xarici KİV-ə istinadən xəbər verir ki, Azadlıq Donanması koalisiyası İsraili beynəlxalq sularda silahsız mülki gəmiyə hücum etməkdə ittiham edir.

Təşkilatçıların sözlərinə görə, Qəzzaya humanitar yardım və aktivistləri daşıyan gəmi Malta yaxınlığında beynəlxalq sularda pilotsuz təyyarələr tərəfindən bombalanıb və sıradan çıxarılıb.

“Malta vaxtı ilə saat 00:23-də “Azadlıq Donanması” koalisiyasının “Conscience” (“Vicdan”) gəmisi beynəlxalq sularda birbaşa hücuma məruz qalıb.”- deyə qrupun bəyanatında deyilir.

“Silahlı dronlar silahsız mülki gəminin ön hissəsinə iki dəfə hücum edərək, yanğına və gövdədə əhəmiyyətli bir deşikə səbəb olub”, - açıqlamada qeyd olunub.

Aktivstlərin dediyinə görə, gəminin generatoru cümə günü səhər tezdən vurulub, nəticədə gəmi elektriksiz qalıb və batmaq təhlükəsi yaranıb.

“The Guardian”ın yazdığına görə, Azadlıq Donanması koalisiyasının sosial mediada yerləşdirdiyi fotolarda gəminin göyərtəsində güclü alovlar və iki partlayışın baş verdiyi əksini tapıb. Bununla belə, partlayışların pilotsuz təyyarələr tərəfindən törədildiyinə dair heç bir təsdiq və ya əlavə dəlil yoxdur, lakin Kipr səlahiyyətliləri tərəfindən təqdim edilən fotolarda gəmiyə böyük zərər dəydiyi göstərilib.

"Gəminin göyərtəsində 12 ekipaj üzvü və 4 mülki sərnişin olub. Xəsarət alanlar barədə məlumat verilməyib" - deyə Malta hökumətinin cümə günü verdiyi açıqlamada qeyd olunub. Həmçinin gəmiyə kömək etmək üçün yaxınlıqdakı yedək gəmisinin göndərildiyi bildirilib.

Qrup, 21 ölkədən olan aktivistlərin "İsrailin Qəzza zolağının qeyri-qanuni və ölümcül mühasirəsinə etiraz etmək və çox ehtiyac duyulan həyati xilasedici yardımı çatdırmaq missiyası" ilə gəmidə olduğunu bildirib.

Bəyanatda həmçinin deyilir: “İsrail səfirləri beynəlxalq hüququn pozulması, o cümlədən beynəlxalq sularda davam edən blokada və mülki gəmimizin bombalanmasına görə çağırılmalı və cavabdehlik daşımalıdır”.

The Guardian qeyd edir ki, İsrail bu bəyanatı şərh etməyib.

Lalə,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:277
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 May 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri