İran İsrail savaşında yeni gərginlik: Yük gəmisinə yük gəmisinə HÜCUM
Icma.az, News24 portalına istinadən məlumat yayır.
QIzıldƏnizdə İran-İsrail gərginliyi yeni mərhələyə keçib. Liberiya bayrağı daşıyan “Eternity” adlı yük gəmisinə Yəmənin sahillərində silahlı dronlar və kiçik qayıqlarla hücum edilib. Gəmidə silahsız 22 nəfərlik heyət olub, 3 nəfər həlak olub.
Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir.
Bu hadisədən bir gün əvvəl daha bir gəmi – “Magic Seas” da Qızıldənizdə hücuma məruz qalıb. Bu hücumların ardınca İsrail Hava Qüvvələri Yəməndəki Hudeyde, Ras İsa və Salif limanlarını bombalayıb. Zərbələr nəticəsində enerji və ərzaq infrastrukturuna ciddi ziyan dəyib. İsrail, bu əməliyyatların Husi qüvvələrinin İsrailə aid dəniz daşımalarına hücumlarına cavab olduğunu bildirib.
Hürmüz Boğazında da siber hücumlar artıb. GPS siqnallarının pozulması səbəbilə gəmilər marşrut dəyişir, bəziləri özünü Çin və ya Rusiya gəmisi kimi göstərməyə çalışır. Bu bölgədən dünya neftinin beşdə biri, o cümlədən Qətərin təbii qazı daşınır.
İran və İsrail arasında birbaşa hücumlar azalsa da, münaqişə Qızıldəniz və Hürmüz Boğazında davam edir. Gəmi hücumları, hava zərbələri və siber sabotajlar qlobal enerji təhlükəsizliyini təhdid edir. Ankara isə bölgədəki sülh və sabitlik üçün diplomatik səylərini davam etdirir.
Xeyrənsə Piriyeva


