İsrail Beyrut hava limanı yaxınlığına güclü zərbələr endirdi
Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail Hərbi Hava Qüvvələri Beyrut hava limanı yaxınlığına güclü zərbə endirib.
Publika.az xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail qırıcıları Beyrutun Rafik Həriri Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən cənub bölgələrinə zərbələr endirib.
Bildirilir ki, İsrail təyyarələrinin aktivliyinə və güclü zərbələrə baxmayaraq, Beyrut hava limanı adi qaydada fəaliyyətini davam etdirir.
Ləman

