Icma.az
close
up
RU
İsrail Hizbullah cəbhəsi yenidən qızışır

İsrail Hizbullah cəbhəsi yenidən qızışır

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

"The Times of Israel" xəbər saytı rəsmi mənbələrə istinadən məlumat yayıb ki, tədbirlər çərçivəsində İsrail Hərbi Hava Qüvvələrinin hazırlıq səviyyəsini artırılıb. Ölkənin şimalında "Hizbullah"ın Livan ərazisindən mümkün raket atəşinə qarşı hava hücumundan müdafiə sistemi gücləndirilib. Mülki vətəndaşların təhlükəsizliyi istiqamətində qaydalarda isə hələlik hər hansı dəyişiklik irəli sürülməyib.
Eyni zamanda, İsrail Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir İsrail-Livan sərhədi yaxınlığında yerləşən hərbi məntəqəyə baş çəkərək, burada fəaliyyət göstərən diviziyanın hazırlıq səviyyəsini yoxlayıb. Cari gərginlik fonunda hərbçilərə daha ayıq-sayıq davranmalarını tapşırıb.

(İsrail Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ölkənin şimalında hərbçilər arasında)
İsrail Beyrutu bombalayıb: "Hizbullah" komandiri ölüb
Xatırladaq ki, dünən axşam saatlarında İsrail Hərbi Hava Qüvvələri, keçən il qüvvəyə minmiş atəşkəsə baxmayaraq, Livanın paytaxtı Beyrut şəhərinin cənubuna aviazərbə endirib. Nəticədə Livanın iranyönümlü "Hizbullah" terror təşkilatının qərargah rəisi vəzifəsinin icraçısı Əli Təbatəbayi öldürülüb. Təşkilat özü də onun ölümünü təsdiqləyib. Hadisə haqqında Livan Səhiyyə Nazirliyinin məlumatına əsasən, çoxmərtəbəli binaya tuşlanan aviazərbə nəticəsində ümumilikdə 5 nəfər ölüb, 28 nəfər yaralanıb.
"Hizbullah"ın sözçüsü Mahmud Qimatinin bildirdiyinə görə, bu hücum İsrailin "qırmızı xətti keçməsi" deməkdir: "Hücuma cavab verilib-verilməyəcəyinə rəhbərlik qərar verəcək".
Ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Möhlətin fevralın 18-də qurtarması nəticəsində İsrail qoşunları Livanın cənubundan yalnız qismən çəkilib, strateji sayılan 5 nöqtədə isə hələ də qalmaqdadır. Sazişdə Livanın üzərinə düşən isə "ölkədə silahların ancaq dövlətin əlində qalması" şərti idi. Bu məqsədlə "Hizbullah"ın silahsızlaşdırılması üçün danışıqlar aparılır. Təşkilatın himayədarı İran belə bir prosesi etirazla qarşılayır.
Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Noyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri