Mən uşağımı canlı verdim, ölü aldım Sabunçuda ölən körpənin anası danışdı VİDEO
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az Xəzər TV-yə istinadən xəbər verir ki, uşağın anası Ayşən İsmayılova övladının dayənin nəzarətsizliyi səbəbindən bir neçə dəfə yıxıldığını iddia edir.
"Mən uşağımı canlı verdim, ölü aldım. Uşağım yıxılıb, başından zərbələr alıb. Son iki gündə balam yıxılıb. İlk dəfə yıxılanda, sən demə, travma alıbmış. Dayə mənə dedi ki, elə-belədir, qorxma, heç nə yoxdur. Ona görə də övladımı yenidən dayənin yanına apardım. Sonra işə getdim. Dayə uşağı yenə yıxıb. Həkimlər uşağın ağır kəllə-beyin travması aldığını deyirlər", - deyə azyaşlının anası bildirib.
Mərhumun yaxınları uşağın dayə tərəfindən döyüldüyünü iddia edirlər. Onlar azyaşlının xəsarətlərinin adi yıxılma nəticəsində yaranmadığını bildirirlər:
"Mənim nəvəmi döyə-döyə, çırpa-çırpa öldürüb", - deyə azyaşlının nənəsi bildirib.
Dayənin ailəsi tərəfindən xəstəxanaya aparılan uşağın həyatını xilas etmək mümkün olmayıb. Azyaşlının cəsədi dəfn olunmaq üçün ailəsinə təhvil verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 29 Oktyabr 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















