Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

ABB də xəbərdarlıqsız komissiya

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qızılın bahalaşması davam edir

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

“İsrail ilə İran arasında 2025 ci il ərzində daha şiddətli gərginlik baş verəcək” Politoloq

“İsrail ilə İran arasında 2025 ci il ərzində daha şiddətli gərginlik baş verəcək” Politoloq

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp fəaliyyətə başlayandan düyanın bir sıra ölkələri və bəzi regional təşkilatları hədələməklə məşğuldur. O artıq Kanada və Meksika mallarına 25 faizlik rüsum tətbiq edib. Çin mallarına isə bir qədər az, cəmi 10 faizlik rüsum qoyub. Bundan başqa, Tramp BRİCS ölkələrini dollardan imtina edəcəkləri təqdirdə, sanksiyalarla hədələyir. O, habelə Qrenlandiyanı ABŞ-ın tərkibinə qatacağını, Panama kanalına yenidən nəzarəti bərpa edəcəyini də bildirir. Avropa İttifaqı da bu müstəvidə kənarda qalmayıb. Bu qurum da Trampın təhdidləri altındadır. ABŞ-ın yeni Prezidenti neft istehsal edən ölkələrdən isə qiymətləri aşağı salmağı tələb edir. Siyasi müstəvidə isə Tramp yenə də İranı təhdiddə saxlayır.
Tramp ABŞ-ın müttəfiqi hesab olunan Avropa İttifaqına qarşı da tələblər irəli sürüb. O, qeyd edib ki, əgər Aİ əlavə gömrük tarifləri istəmirsə, ABŞ-dan daha çox neft və mayeləşdirilmiş təbii qaz (LNG) almalıdır.
Tramp bütün dünyanı ABŞ-a düşmən etmək istəyir?
Mövzu ilə bağlı Demokrat.az- açıqlama verən politoloq Turan Rzayev bildirib ki,  Tramp bu açıqlamalarında  kifayət qədər ciddidir və rəsmən dünyaya meydan oxuyur:
“Tramp bəsit bir insan  deyil. Yəni bu insan biznesmendir və biznesmen olan birisi də riskləri, iqtisadiyyatı, iqtisad təhsilini, siyasi faktorları hesablamamış olmaz. Əslinə qalsa, bütün bunlar Trampın vahid bir planının parçası  kimi görünsə də, hamısının ayrılıqda məqsədləri var. Misal üçün, Qrenlandiya və Kanada məsələsinin tamamilə məqsədi Arktik bölgədəki iqlim dəyişikliyi fonunda çıxarılmağa müsait olan karbohidrogen ehtiyatlarıdır. Yəni, söhbət burada neft-qazdan gedir. Çin bu əraziyə artıq limanlar almağa başlayıb. Rusiyadan Sibirin mühüm əraziləri icarəyə götürüb. Yəni bu ərazilərə faktiki olaraq, Çin nüfuz etməyə çalışır.  Panama ilə bağlı da məsələ Çinlə bağlıdır, çünki Panamada Çinin icarəyə götürdüyü limanlar var və faktiki olaraq Kanadaya Çin nəzarət edir. Amerika buna görə o ərazini istəyir. Meksikaya gəldikdə isə Meksika ilə ABŞ arasında ədavət həmişə olub. Xüsusən də ABŞ-ın bu son atdığı addımlar fonunda Meksika  “düşmənimin  düşməni mənim dostumdur” prinsiplə yanaşır. Çinlə də kifayət qədər əlaqələri var. Yəni Amerika hər zaman Meksikadan bir zərbə gözləyib”.
Politoloq qeyd edib ki,  İsrail ilə İran arasında böyük ehtimalla 2025-ci il ərzində gərginlik baş verəcək:
“Bu, keçən ilə nisbətən  daha şiddətli bir gərginlik ola bilər. İsrailin əsas məqsədi İraqa edilən kimi İrana da hər bir müdaxilə edilməsini təmin etməkdir. Buna görə də bir koalisiya yaranmasını istəyir. Trampın seçilməyində yəhudi lobbisinin dəstəyi də açıq-aşkar bununla bağlıdır. Trampın  da ilk məqamda bu istiqamədə açıqlamalar verilməsi həm yəhudilərin maraqları üzərindəndir, həm də İrana bir xəbərdarlıqdır. Tramp kifayət qədər ciddi açıqlamalar verir. Dediyim kimi, hər biri də əslində Amerikanın ayrı-ayrılıqda maraqlarına xidmət edir. Dünyada yeni bir nizam formalaşır. Görünür ki, Tramp  bu nizamın formalaşmasında bir missiya üzərinə  götürüb. Amerika özünü dünyaya düşmən edəcək bir ölkə də deyil, bunu etməz. Yəni nə qədər super güc ölkə olsa da, ən azından bunu etməz. Çünki təkbaşına super güc olmur. Amerikan gücünün təməl faktorlarından biri də müttəfiqləridir. Yəni bu, müttəfiqlərini küsdürmək istəməz. Düşünmürəm ki, Amerika gedib Qrenlandiyanı fəth edəcək ya da ki, Kanadanı ilhaq edəcək. Bunlar mümkünsüz şeylərdir. Sadəcə bəzi şeylər var ki, Amerika imtiyaz almaq istəyir. Tramp da buna görə bir təzyiq yolu ilə bunu deyir”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Fevral 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see392

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see225

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see202

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see172

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see154

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see146

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see144

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see143

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see139

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see135

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see135

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri