Icma.az
close
up
RU
İsrail və İran arasında növbəti hərbi toqquşmalar gözlənilir Politoloq

İsrail və İran arasında növbəti hərbi toqquşmalar gözlənilir Politoloq

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa İrana yeni mümkün hücum planını təqdim edəcəyini açıqlayıb.

Bu açıqlama onu deməyə əsas verirmi ki, Tel-Əvin Tehrana qarşı yeni müharibəyə başlaya bilər?

Politoloq Elçin Xalidbəyli Redaktor.az-a açıqlamasında bildirdi ki, İsrail Amerika Birləşmiş Ştatlarının ən yaxın müttəfiqidir:

"Yaxın Şərqdə Ağ Ev bütün planlarını və strategiyasını məhz İsrail üzərində qurur. İsrail hazırda İran ətrafında yaranmış situasiyadan həm narazıdır, həm də narahatdır. Ona görə də ABŞ-ni İrana qarşı növbəti dəfə hərbi əməliyyatlara razı salmağa çalışır. Bu baxımdan ehtimal olunur ki, İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-yə səfəri zamanı ABŞ Prezidenti Donald Trampla İran mövzusu daha geniş şəkildə müzakirə oluna bilər. Hətta İsrail Baş nazirinin Donald Trampla görüşə İrana qarşı hazır savaş planı ilə getdiyi barədə də iddialar mövcuddur. Əgər bütün bunlar doğrudursa, Ağ Evdəki görüşdən sonra Yaxın Şərqdə situasiyanın daha da gərginləşməsi ehtimalı ön plana çıxa bilər".

Onun sözlərinə görə, Ağ Evdən razılıq verilərsə, o zaman İsrail və İran arasında növbəti hərbi toqquşmaların ola biləcəyi tamamilə inandırıcı görünür:

"Bu baxımdan da Yaxın Şərq regionunda növbəti dəfə dağıdıcı hərbi-siyasi situasiyanın yaranma ehtimalı kifayət qədər yüksəkdir. Bu, olduqca təhlükəli bir prosesdir. Əgər Yaxın Şərqdə növbəti dəfə savaş başlayarsa və bu savaşın iştirakçılarından biri də məhz İran olarsa, o zaman situasiyanın nəzarətdən çıxma ehtimalı da gündəmə gələ bilər. Yəni İsrailin İrana qarşı hərbi əməliyyat planı əgər israrla icra edilmək istiqamətinə yönəldilərsə, o zaman həm Yaxın Şərq regionunu, həm də bu regiona bağlı ətraf bölgələri təhdid edə biləcək və qlobal hərbi-siyasi nəticələr doğura biləcək bir situasiyanın yaranması qaçılmaz ola bilər".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Dekabr 2025 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see223

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see142

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see138

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see133

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri