Icma.az
close
up
RU
İsrail İran gərginliyi: Tramp amili və qərar anı

İsrail İran gərginliyi: Tramp amili və qərar anı

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaxın Şərqdə İran ətrafında artan gərginlik İsrail üçün köhnə, lakin heç vaxt aktuallığını itirməyən sualı yenidən gündəmə gətirib: Tehranın strateji güclənməsinin qarşısını necə və nə vaxt almaq olar? Lakin bu dəfə vəziyyət əvvəlkilərdən fərqlidir. Əsas açar Vaşinqtondadır və daha dəqiq desək, Donald Trampın verəcəyi qərarlardadır.

Bizimyol.info xəbər verir ki, İran məsələsi Tramp üçün təkcə xarici siyasət mövzusu deyil, həm də daxili siyasi alətdir. O, sərt ritorikanı sevir, çoxtərəfli razılaşmalara inanmır və güc nümayişini üstün tutur. Bu yanaşma İsrail rəhbərliyinin mövqeyi ilə üst-üstə düşür: Təl-Əviv İranın nüvə proqramını birbaşa mövcudluq təhlükəsi kimi görür.

Bununla yanaşı, Tramp uzunmüddətli müharibələrdən yayınmağa çalışır. Onun əsas qorxusu Amerika seçicisinə “tez və qələbə ilə başa çatan” kimi təqdim edilə bilməyən bir münaqişəyə sürüklənməkdir. Məhz bu ziddiyyət mümkün ssenarilərin sərhədlərini müəyyənləşdirir.

Ən radikal variant ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı müharibəsidir. Bu ssenari İranın hərbi və nüvə potensialına ciddi zərbə vura bilər, lakin risklər həddən artıq böyükdür: neft qiymətlərinin artması, regional xaos, ABŞ bazalarına mümkün hücumlar və minlərlə hərbçinin təhlükə altına düşməsi. Bu səbəbdən son söz yenə də İsrailin deyil, Ağ Evin maraqları əsasında veriləcək.

Daha real görünən yol məhdud hərbi ssenaridir – ABŞ-ın seçilmiş obyektlərə zərbəsi və ya İsrail əməliyyatına səssiz dəstək. Bu variant Trampın “müharibəsiz güc nümayişi” strategiyasına daha uyğundur. Məhz bu mərhələdə İsrailin təsir imkanları artır: kəşfiyyat məlumatları, siyasi lobbiçilik və diplomatik təzyiq Vaşinqtonun qərarlarına istiqamət verə bilər.

Ancaq bu yolun da bədəli var. İranın imkanları müvəqqəti zəifləsə də, cavab zərbələri böyük ehtimalla proksi qüvvələr vasitəsilə həyata keçiriləcək. Bu isə İsrail üçün uzunmüddətli gərginlik və daimi təhlükə deməkdir.

Üçüncü ssenari isə Trampın İrana güc mövqeyindən yeni razılaşma qəbul etdirməyə çalışmasıdır. Bu halda sanksiyalar və hərbi təzyiq danışıqlara məcburetmə alətinə çevrilir. İsrail üçün bu variant ikimənalıdır: bir tərəfdən müharibə riskini azaldır, digər tərəfdən isə İran rejiminin qalmasını və nüvə ambisiyalarının tam aradan qalxmamasını mümkünsüz etmir.

Bu gün İsrail proseslərə təsir göstərə bilir, lakin onları tam nəzarətdə saxlaya bilmir. Trampın qərarları strateji hesablamalarla yanaşı, şəxsi siyasi maraqlar və seçki məntiqi ilə formalaşacaq. Nəticədə İsrail çətin seçim qarşısında qalır: ABŞ-ı hərəkətə təşviq etmək mümkündür, amma bu qərarların doğuracağı nəticələrlə təkbaşına üzləşmək riski də az deyil.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 Fevral 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri