Icma.az
close
up
RU
İsrail İran müharibəsi Avropa üçün Rusiya Ukrayna müharibəsi qədər təhlükəli hesab edilmir

İsrail İran müharibəsi Avropa üçün Rusiya Ukrayna müharibəsi qədər təhlükəli hesab edilmir

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Donald Tramp bildirib ki, bir gün əvvəl Rusiya prezidentinə zəng edib, İran və İsrail arasında münaqişənin həllində vasitəçilik məsələsi müzakirə olunub. ABŞ prezidentinin sözlərinə görə, Putindən “əvvəlcə Rusiya ilə məşğul olmağı” xahiş edib. Donald Trampın sözlərinə görə, Putin İsrail və İran arasında münaqişənin həllində vasitəçi kimi çıxış etməyi təklif edib. "Putin əslində vasitəçiliyə kömək etməyi təklif etdi. Mən də dedim: mənə bir yaxşılıq et, ilk növbədə öz ölkəndə vasitəçi rolunu oyna. Gəlin əvvəlcə Rusiya ilə məşğul olaq, bundan sonra narahat ola bilərsiniz", - ABŞ prezidenti deyib.Rusiya-Ukrayna müharibəsinin davam etməsi ABŞ-a sərf edirmi? Avropanın qapısındakı problem İsrailin qapısındakı problemdən daha az təhlükəlidir?

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ prezidentinin Rusiya prezidentinə söylədiyi fikirlər birbaşa Rusiya-Ukrayna müharibəsinin hansı nəticələr verdiyini ortaya qoymuş olur.

Samir Hümbətov

“Dünyada baş verən münaqişələr böyük dövlətlər üçün müəyyən avantajları və dezavantajlar yaradır. Hər halda Rusiya-Ukrayna müharibəsi də belədir və bunun ABŞ üçün avantajı və dezavantajı var. ABŞ-ın bəzi məsələlərdə istəkləri var, Rusiyanın təsirindən qorunmaq üçün Ukrayna artıq onun əlindədir. Amma Rusiyanın tutduğu ərazilər ABŞ-ın təsir dairəsini itirən ərazilər kimi qəbul edilir. Ona görə də bəzi məsələlərdə avantaj və dezavantajın olduğu görünür”-deyə Samir Hümbətov qeyd edib.

Avropanın təhdid altında qalması ilə bağlı politoloq bildirib ki, Avropada İsrail-İran müharibəsi Rusiya-Ukrayna müharibəsi qədər təhlükəli hesab edilmir.

“Təbii ki, İsraili də, İranı da gözardı edə bilmirlər. Çünki ən çox enerji resurslarının olduğu bölgədə və dünyanın fikrinin cəmləşdiyi bir yerdə belə bir halın baş verməsi dövlətlər üçün də bir təhlükə yaradır. Böyük dövlətlər artıq elə bir vəziyyət yaradırlar ki, beynəlxalq hüquq sıradan çıxır və görünür ki, bu hüququ yenidən yazmaq istəyirlər. Beynəlxalq qanunlar artıq qeyri-işlək vəziyyətə gəlir. Çünki böyük dövlətlərin özləri beynəlxalq hüququ pozurlarsa, artıq orada hüquqdan danışmaq mümkün deyil. Ona görə də yeni dünya üzərində yeni hüquq tətbiq etməklə dövlətlər müəyyən potensial imkanlarını orada tətbiq etməyə çalışırlar. Hər kəs yeni dünya düzənində öz payına düşəcək hissəni almağa çalışır. Bu hadisələrin gedişi bunu göstərir”-deyə Samir Hümbətov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 İyun 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri