Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsi yekunlaşır?

Rusiya Ukrayna müharibəsi yekunlaşır?

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Trampla Putinin birbaşa dialoq aparması və bu kontekstdə müharibənin başa çatması müəyyən nəticələr doğura bilər”.

Bunu Metbuat.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirib.

O qeyd edib ki, ilk telefon danışığından sonra Tramp-Putin tandeminə qarşı çıxan qüvvələr üzə çıxıb. Bu isə müharibənin bitməsindən daha çox beynəlxalq müstəvidə gərginliyə səbəb olub:

“Çünki Tramp və Putinin birbaşa telefon danışığı aparması və Ukrayna məsələsində razılığa gəlməsi, eyni zamanda beynəlxalq münasibətlər çərçivəsində bir çox məsələlərdə anlaşması digər oyunçuları oyundankənar vəziyyətə saldı. Bu, Avropa İttifaqının müqavimətinə gətirib çıxartdı və nəticədə beynəlxalq münasibətlər sistemində müəyyən qarşıdurma yarandı. Avropada İngiltərənin öz mövqeyi var idi və Çin də bu məsələdə fərqli baxış sərgiləyirdi. Lakin sonrakı günlərdə gördük ki, Avropa İttifaqı Tramp-Putin razılaşmasının pozulmasına deyil, əslində, bu prosesin mümkün olub-olmaması üzərində dayanır. Avropa İttifaqı açıq şəkildə bəyan etdi ki, ABŞ-nin iştirakı olmadan Ukraynada müharibənin davam etdirilməsi mümkün deyil. Bundan əlavə, Ukraynaya dəstək məqsədilə Londonda keçirilən sammitdə də bu fikir təsdiq olundu. Bu vəziyyət onu göstərir ki, Tramp və Putinin birbaşa dialoqunun davam etdirilməsi Ukraynada müharibənin başa çatması ehtimalını artırır. Bu, Ukraynanın arzulamadığı bir formatda olsa da, həmçinin Avropa İttifaqı və digər beynəlxalq oyunçuların maraqlarına uyğun gəlməsə də, prosesin yekunlaşması üçün müəyyən perspektivlər yaradır. Təbii ki, bu prosesdə Ukraynanın ərazi güzəştləri qaçılmaz görünür və Avropa İttifaqının bu münaqişədəki rolu minimuma enir. Hətta gələcəkdə Avropa İttifaqının sülhməramlı adı altında Ukraynaya qoşun yeritmək cəhdi də mümkündür. Lakin bu məsələnin nə dərəcədə real olduğu hələlik sual altındadır”.

Politoloq Tramp və Putinin birbaşa dialoqunun Ukraynada müharibənin bitməsi üçün yeganə yol olduğunu düşünür:

“Hər iki tərəf bu məsələdə qərar verir və bu razılaşmalar Ukraynaya faktiki olaraq diktə olunur. Bununla belə, bu proses beynəlxalq münasibətlərdə gərginlik yaradacaq. Çünki Rusiya və ABŞ digər oyunçuların maraqlarını nəzərə almadan Ukrayna münaqişəsinin həlli istiqamətində hərəkət edərsə, bu, qlobal miqyasda mövqelərin bölüşdürülməsi siyasətinə gətirib çıxaracaq. Nəticədə, Çin, Avropa İttifaqı, İngiltərə və digər güc mərkəzləri öz maraqlarına uyğun addımlar atmağa və yeni siyasi kurs müəyyənləşdirməyə çalışacaqlar. Bu isə beynəlxalq münasibətlər sistemində əlavə gərginliyə səbəb olacaq. Belə vəziyyət Çin, Avropa İttifaqı və İngiltərə də daxil olmaqla müxtəlif güc mərkəzlərini öz maraqlarına uyğun addımlar atmağa və siyasətlərini yenidən qurmağa vadar edə bilər. Bu isə nəticə etibarilə beynəlxalq səviyyədə yeni bir gərginlik mərhələsinin yaranmasına gətirib çıxaracaq”.

A.Nərimanlı qeyd edib ki, hazırkı dövrdə Tramp və Putin dialoqunun Ukrayna münaqişəsinin başa çatması üçün yeganə yol olduğu görünür. Müharibə başa çatarsa və sülh danışıqları nəticəsində ən azı atəşkəs razılaşması əldə olunarsa, sonrakı mərhələdə digər güc mərkəzləri – Çin, Avropa İttifaqı, İngiltərə və hətta Türkiyə yeni formalaşan beynəlxalq münasibətlər sistemində öz paylarını qorumaq və təsir dairələrini genişləndirmək üçün aktiv addımlar atmağa çalışacaqlar. Bu isə beynəlxalq münasibətlərdə yeni bir gərginlik mərhələsinin başlanacağına işarə edir.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Mart 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri